ƏMAS-da niyə icrada gözləyən əmək müqaviləsi və ya xitam əmlərinin cəm şəkildə təsdiq etmək olar? (İZAH)

ƏMAS-da niyə icrada gözləyən əmək müqaviləsi və ya xitam əmlərinin cəm şəkildə təsdiq etmək olar? (İZAH)

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

İşçi sayı çox olan işəgötürənlərdə tez-tez rast gəlinən hallardan biri eyni vaxtda birdən çox işçilnin əmək müqaviləsinə dəyişiliklər edilməsi və ya xitam əmrlərinin hazırlanması prosesinin həyata keçirilməsidir.
Mİsal. Dövlət müəssisəsində minimum əmək haqqının artırılması səbəbindən 200-ə yaxın işçinin əmək müqaviləsinə dəyişiklik edilməsinə ehtiyac yaranır. Bu zaman işəgötürən hər bir işçi üzrə əmək müqaviləsi bildirişi hazırladıqdan sonra, həmin bildirişlər imzalanması üçün “İcrada gözləyən əmək müqaviləsi bildirişləri” bölməsində saxlanılır.
Bildiyiniz kimi, vergi orqanları elektron qaimə-fakturaların hazırlanması zamanı sənədlərin “qaralama” rejimində saxlanılmasını həyata keçirirlər. Vergi ödəyicisi sonda həmin sənədlərin sayından asılı olmayaraq birlikdə hamısını və ya seçmə üsulu ilə bir neçəsini bir dəfəyə “Asan imza” və ya elektron imza ilə təsdiq edə bilir. ƏMAS altsistemində isə təəssüf ki, işəgötürən 200-ə yaxın işçinin əmək müqaviləsi bildirişini bir-bir təsdiqləməlidir.
ƏMAS platformasına məsul olan şəxslərlə müzakirə zamanı bildirildi ki, hüquqşünaslar eyni zamanda birdən çox əmək müqaviləsi bildirişinin imzalanmasına icazə vermirlər. Hüquqşünaslar hesab edirlər ki, kağız formada əmək müqaviləsinə əlavələr ayrıca hazırlanıb təsdiq edildiyi üçün, əmək müqaviləsi bildirişləri də hər şəxs üzrə ayrıca imzalanmalıdır.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Qismət 20 Dekabr 2022

    Hansısa dövlet idaresinin işçilerinin istediyi vaxt işe gelib getmeye ixtiyarı var? Yaxudda ümumiyetle gelmemeye buna göre cinayet işi düşür ?

Şərh yazın

Xəbərlər