İşçiyə məzuniyyət günün düzgün müəyyən edilməsinə görə hüquqi şəxs yoxsa vəzifəli şəxs cərimələnəcək?

İşçiyə məzuniyyət günün düzgün müəyyən edilməsinə görə hüquqi şəxs yoxsa vəzifəli şəxs cərimələnəcək?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

İnzibati Xətalar Məcəlləsində əmək qanunvericiliyinin pozulmasına görə cərimələr daha çox vəzifəli şəxslər üçün müəyyən edilib. Qeyd edək ki, maddədə yalnız vəzifəli şəxs müəyyən edilibsə, o zaman dövlət qurumu hüquqi şəxsi cərimələyə bilməz.
Mİsal.İşəgötürən mütəxəssis vəzifəsində çalışan işçiyə 30 təqvim günü yox, 21 təqvim günü əmək məzuniyyəti müəyyən edib. İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddədən göründüyü kimi, inzibati cərimənin tətbiq olunması ilə bağlı “hüquqi şəxslər” anlayışından istifadə edilməyib. Deməli, dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə görə hüquqi şəxslərin cərimə olunması həyata keçirilə bilməz.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər