ƏMAS-da Sınaq müddətinin müəyyən edilməsi ilə bağlı hansı məqamlara diqqət yetirmək lazımdır?

ƏMAS-da Sınaq müddətinin müəyyən edilməsi ilə bağlı hansı məqamlara diqqət yetirmək lazımdır?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsininn 51-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən olunur.
Maddədən göründüyü kimi, sınaq müddəti mütləq tələb deyil, yəni imperativ yox, dispozitiv normadır. İşəgötürən işçi ilə əmək müqaviləsi imzaladıqda sınaq müddəti müəyyən edə və ya etməyə bilər. Təbii ki, Əmək Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan sınaq müddəti müəyyən edilməyən hallar da nəzərə alınmalıdır. Misal üçün, işəgötürən hamilə və üç yaşına çatmamış uşağı olan qadınla bağlana əmək müqaviləsinə sınaq müddəti müəyyən edə bilməz.
Yuxarıda qeyd etdiyimiz səbəblərə görə, “Sınaq müddəti” bölməsinə məlumatların daxil edilməsi mütləq tələb olmadığı üçün burada ulduz (“*”) işarəsi qeyd edilməyib:
Əmək qanunvericiliyində sınaq müddətinin maksimal müddəti 3 ay kimi qeyd olunsa da, minimal müddət müəyyən olunmayıb. O səbəbdən də, sınaq müddətinin gün, həftə və ya aylarla ifadə olunması mümkündür:
Mİsal. İşəgötürən qərar verir ki, müddətsiz əmək müqaviləsi ilə işə qəbul edilən işçiyə 2 aylıq sınaq müddəti müəyyən etsin. Bu zaman ƏMAS altsistemində proses aşağıdakı kimi həyata keçiriləcək:
“Sinaq müddətinin bitmə xəbərdarlığı” bölməsində avtomatik olaraq çıxan “3” gün məsələsi Əmək Məcəlləsi ilə tənzimlənir. Çünki Əmək Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
Həmkarlarımızın bir qeydi də ƏMAS altsistemində sınaq müddətinin maksimum həddi ilə bağlıdır. Belə ki, proqram təminatı sınaq müddətinin maksimum həddini “90” gün kimi müəyyən edib. Ancaq 90 günlük müddətlə bağlı tələbin pozulması mümkündür. Çünki bəzi aylarda 28, 30 və ya 31 gün olması bi məsələdə problemlər yaradır. Misal üçün, iyulda işə qəbul olunan işçiyə 3 aylıq sınaq müddəti təyin edilərsə, 3 aya təsadüf edən təqvim günlərinin sayı 92 gün (31 gün +31 gün + 30 gün) edir ki, bu da sistemin maksimum 90 gün tələbinin pozulması anlamına gəlir:

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər