Kişi işçi qismən ödənişli sosial məzuniyyət hüquqdan istifadə edə bilər?

Kişi işçi qismən ödənişli sosial məzuniyyət hüquqdan istifadə edə bilər?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

 

Əmək Məcəlləsinin 125-ci, “Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları” maddəsinin birinci hissəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

Belə bir yanlış fikir var ki, qismən ödənişli sosial məzuniyyət yalnız qadınlara şamil olunur. Maddədə “valideynlərdən biri” məfhumundan istifadə edildiyi üçün işləyən ata da qismən ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququna malikdir.

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə aylıq müavinətin hesablanması zamanı iki dövr və işçinin sosial kateqoriyası önəm daşıyır:

1)            bir yaş yarımadək uşağa qulluğa görə      - 44 manat;       

2)            uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə - 28 manat.   

Qeyd: Əsasnamənin 79-cü maddəsinə əsasən, Çernobıl qəzası nəticəsində şüa xəstəliyinə tutulmuş, bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslərə uşağa  qulluq üzrə qismən ödənişli məzuniyyət üçün müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğindən iki dəfə artıq məbləğdə ödənilir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər