Qadın işçinin doğuşadək işləmək hüququ necə tənzimlənir?

Qadın işçinin doğuşadək işləmək hüququ necə tənzimlənir?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

 

Əmək Məcəlləsinin 125-ci maddəsinin birinci hissəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. 

Maraqlıdır ki, işçi istədiyi halda doğuşdan əvvəlki 70 təqvim günlük məzuniyyətdən istifadə etməyərək işləyə bilər?

Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" 1952-ci il tarixli, 183 saylı Konvensiyasının (Azərbaycan bu Konvensiyaya qoşulub) tövsiyəsində qeyd edilir ki, işəgötürən analıq məzuniyyətinə çıxan işçinin arzusu ilə doğuşa qədər məzuniyyətdən istifadə imkanı yaratmalıdır.

Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatının Konvensiyası Azərbaycan qanunlarından, hətta Əmək Məcəlləsindən üstün sənəd hesab olunur. Yeganə üstün qanunvericilik sənədi Azərbaycan Respublikasının Konstitusiyasıdır ki, onunla Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları arasında ziddiyyətlər olduqda əsas sənədimiz üstün hesab edilir.

O səbəbdən işəgötürən işçinin arzusu ilə doğuşa qədər məzuniyyətdən tam və ya qismən istifadə imkanı yaratmalıdır. Təbii ki, işçi doğuşdan əvvəlki 70 təqvim gününün 40 gününü işləyərsə, o zaman Dövlət Sosial Müdafiə Fondu yalnız 30 günə müavinət hesablayıb, işçiyə ödənişi həyata keçirəcək.

Bir məsələni qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" 1952-ci il, 183 saylı Konvensiyasına əsasən, doğuşdan sonrakı müddət mütləq istifadə edilməli dövrdür. Yəni, işçi doğuşdan sonra işləmək istəsə də, işəgötürənin hüququ yoxdur ki, onun işləməsinə şərait yaratmasın.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər