ƏMAS-da struktur bölməsində hansı hallarda nüsxələnmə prosesi həyata keçirilir? (4 MİSALLA İZAH)

ƏMAS-da struktur bölməsində hansı hallarda nüsxələnmə prosesi həyata keçirilir? (4 MİSALLA İZAH)

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

 Öncəki səhifələrdə yeni təşkilati strukturun yaradılması haqqında geniş məlumat verməyə çalışdıq. İndi isə cari struktur üzrə dəyişiklikləri nəzərdə tutan fəaliyyətləri qeyd edək. ƏMAS altsistemi yaradıldıqdan sonra e-gov.az portalı vasitəsilə struktur üzrə məlumatların köçürülməsi prosesi yerinə yetirilib. Struktur üzrə hər hansı bölmənin əlavə edilməsi və ya redaktrə edilməsi üçün strukturun nüsxəsinin çıxarılması həyata keçirilməlidir. Bunun üçün şəkildəki bölməyə daxil olmaq lazımdır:

“Strukturun nüsxəsini yarat” düyməsinin yaradılmasında məqsəd strukrura hər hansı düzəliş, onun ləğvi və ya əlavələr olunması zamanı struktura aid digər bölmələrdə dəyişikliklərin həyata keçirilməməsinin (toxunulmamasının) tənzimlənməsidir. Fikrimizi misallarla izah edək.

Mİsal 1.  İşəgötürən qərar verir ki, Maliyyə departmentində yeni Əmək haqqı söbəsi yaradılsın və Mühasibatlıq şöbəsindəki iki işçi həmin şöbəyə keçirilsin. Təbii ki, Maliyyə departamentində yeni şöbənin yaradılmasının Satış departamenti ilə hər hansı əlaqəsi yoxdur. Bu səbəbdən də, ƏMAS altsistemində strukturun nüsxəsini yaratdıqda, Maliyyə departmentində həyata keçirilən şöbə əlavəsinin Satış departamentindəki aktiv əmək müqavilələrinə aidiyəti olmayacaq. İşəgötürən ƏMAS altsistemində yaradılan Əmək haqqı şöbəsində yeni ştatlar açmalı, Mühasibatlıq şöbəsindən transfer olunan işçilər yeni vəzifəyə keçirildikləri üçün onların əmək müqavilələrində dəyişikliklər aparmalıdır.

Mİsal 2.  İşəgötürən qərar verir ki, Satış departmentinin tərkibindəki 5 işçisi (ştatı) olan Marketinq şöbəsi ləğv olunsun, həmin işçilər Satış departmentinin işçiləri hesab edilsinlər. Bu halda da strukturun nüsxələnməsi həyata keçiriləcək, şöbənin ləğv olunması həyata keçirildiyi üçün həmin şöbədə olan aktiv əmək müqavilələri üzrə düzəlişlər aparılacaq.

Mİsal 3.  İşəgötürən qərar verir ki, 10 işçisi olan “Çəbrayıl” filialının adı dəyişdirilərək “Şərqi Zəngəzur” adlandırılsın. Struktur bölməsinin adı dəyişdirildiyi üçün həmin filialda aktiv olan 10 işçi üzrə əmək müqaviləsi bildirişləri yeni struktura uyğunlaşdırılmalıdır.

Mİsal 4.  İşəgötürən ƏMAS altsistemində mexaniki olaraq səhv qeyd olunan və 20 işçisi olan departamentin adında dəyişiklik edir. Tutaq ki, “Mühasibatlıq” departamentinin adı səhv olaraq “Mhasatlıq” kimi qeyd olunub və əmək müqaviləsi bildirişlərində struktur bölmənin adı yanlış göstərildiyi üçün işəgötürən bu qərara gəlib. İşçilərin əmək müqavilələrində departamentin adı düzgün qeyd edilsə belə, ƏMAS altsistemində redaktə tipli düzəliş olunduğu üçün 20 işçinin hər birinin əmək müqaviləsi bildirişində dəyişiklik aparılması vacibdir. Çünki departamentin adını dəyişmək üçün öncə struktur bölməsi silinir və yenisi yaradılır. Bu zaman silinən strukturun işçiləri hər hansı bölməyə aid olmadıqlarından həmin şəxslərinin əmək müqaviləsi bildirişlərində yeni bölməni qeyd etmək lazım gələcək.

                Misalları qeyd etməkdə məqsədimiz odur ki, işəgötürənlər ƏMAS altsistemində struktur bölmələri üzrə dəyişikliklər etdikdə diqqətli olsunlar, çünki həmin düzəlişlər struktur bölməsindəki müvafiq əmək müqaviləsi bildirişinə ciddi təsir etmiş olur.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər