İşçilərə mükafatın təyin olunmasının əmrlə rəsmiləşdirilməsi qanunaziddir?

İşçilərə mükafatın təyin olunmasının əmrlə rəsmiləşdirilməsi qanunaziddir?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

 

Əmək Məcəlləsinin 185-ci, “Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması” maddəsinin birinci hissəsinə əsasən, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:

- pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;

- əlavə məzuniyyət verilməklə;

- əmək haqqına fərdi əlavə edilməklə;

- daha yüksək məbləğdə fərdi sığorta edilməklə;

- sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;

müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

Təcrübədə rast gəlinən hallardan biri də, işçilərə daxili əmrlər vasitəsilə bonusların verilməsidir. Fikrimizcə, işçiyə verilən mükafatın əmrlə təyin olunması müəyyən mənada ayrı-seçkilik, yəni işçilər arasında diskirminasiya yaratmaq kimi qəbul edilə bilər. Müəsisədaxili intizam qaydaları və ya kollektiv müqavilə olduqda isə orada qeyd olunan müvafiq bəndlə bütün işçilərə şamil olunur. İşəgötürən əmr verərək müəyyən kateqoriyaya malik işçilərə dövri mükafatlar müəyyən edərsə, gələcəkdə hər hansı işçinin bu halı diskriminasiya kimi qiymətləndirib fərdi əmək mübahisəsinə çevirməsi riski var.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər