Təhsil məzuniyyətindən hissə-hissə istifadə etmək olar?

Təhsil məzuniyyətindən hissə-hissə istifadə etmək olar?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

 

Əmək Məcəlləsinin 124-cü maddəsinin üçüncü hissəsinə əsasən, ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. 

Maddədən göründüyü kimi, təhsil məzuniyyəti tədris illərinə müvafiq olaraq müəyyən edilib. Maddədə müddətin bir dəfəyə, yoxsa hissələrə bölünməklə verilməsi nəzərdə tutulmayıb. O səbəbdən də, işçi həmin məzuniyyət dövrünü iki və ya daha çox hissələrə bölməklə istifadə edə bilər.

Əksər hallarda, imtahan müddəti Məcəllədə qeyd edilən müddətlərdən daha çox olur və işçi təhsil müəssisəsindən aldığı arayışı işəgötürənə təqdim edir. Əmək Məcəlləsində işəgötürənin vəzifəsinə yalnız qanunvericilikdə qeyd edilən təqvim günləri qədər təhsil məzuniyyətinin verilməsi aid edilib.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər