ƏMAS-da işçinin iş vaxtı normasının tamdan ½-ə dəyişdirilməsi necə rəsmiləşdirilməlidir?

ƏMAS-da işçinin iş vaxtı normasının tamdan ½-ə dəyişdirilməsi necə rəsmiləşdirilməlidir?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

Biz iş vaxtı normasının dəyişməsi ilə bağlı bütün prosesləri bir əmrlə əhatə etməyə çalışdıq. Təcrübədə yaxşı olar ki, işəgötürənin bu haqda qərarı olduqda, azı bir ay öncədən işçilərii yazılı şəkildə məlumatlandırsın və onların qərarını öyrənsin. Yazılı mılumalandırma əmr (sərəncamı), bildiriş, xəbərdarlıq kimi formalardan biri ilə həyata keçirilə bilər. İşçi razılığını və imtinasını yenə də yazılı şəkildə bildirdikdən sonra artıq kimlərlə əmək müqaviləsinə Əlavə razılaşma imzalanması, kimlərin isə əmək müqaviləsinə xitam verilməsi aydın olacaq. O zaman müvafiq daxili rəsmiləşdirmələr də aparılacaq. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı digər nəşrimizdə - “A-dan Z-yə Kargüzarlıq” kitabında ətraflı məlumat (açıqlamalar) və müvafiq formalar təqdim olunub. 

İndi isə hesab edək ki, işçilərdən biri iş vaxtı normasının tamdan ½-ə dəyişdirilməsi şərti ilə işinin davam etdirməyə  razıdır. Bu halda onunla bağlanılacaq əmək müqaviləsinə Əlavə razılaşmanın nümunəvi forması belə olacaq:

15 aprel 2020-ci il tarixli, ___№-li әmәk müqavilәsinә

Әlavә razılaşma №_____

Ağdam şәhәri                              11 oktyabr 2022-ci il

Bir tәrәfdәn “İşәgötürәn”- nizamnamәsinә әsasәn fәaliyyәt göstәrәn “Alov” MMC, direktoru Nәbili Nüsrәt Nadir oğlunun şәxsindә, digәr tәrәfdәn “İşçi”- Daxili turizm şöbəsinin tur rəhbəri vəzifəsində çalışan Əliyev Nicat Şamil oğlunun şәxsindә

15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinә aşağıdakı şәrtlәrlә

Әlavә razılaşma imzaladılar.

  1. Әmәk müqavilәsinin 4-cü fəslinin (Əmək şəraitinin şərtləri) “Əmək haqqı üzrə” bölməsinin 4.1-ci və 4.2-ci bəndləri və “İş və istirahət vaxtı üzrə” bölməsinin 4.17, 4.18 və 4.19-cu bəndləri aşağıdakı redaksiyada verilsin:

“4.1. İşçiyə hər ay 420 (dörd yüz iyirmi) manat məbləğdə əmək haqqı ödənilir;

4.2. Əmək haqqı:

- 420 (dörd yüz iyirmi) manat məbləğində tarif haqqından (vəzifə maaşından);

- tarif haqqına (vəzifə maaşına) ____________________ faizi miqdarda əlavədən ibarətdir;”

......

4.17. İş saat 11.00-da başlanır, saat 16.00-da qurtarır;

4.18. Nahar vaxtı saat 13.00- dan saat 14.00- dəkdir;

4.19. İşçi hər gün 4 (dörd) saat natamam iş günü işləyir;”

  1. 15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinin (әgәr әmәk müqavilәsi bağlandıqdan sonra ona dәyişiklik edilmәsi mәqsәdilә әlavә vә ya әlavәlәr imzalanıbsa, o halda mötәrizәdә “Әlavәnin” vә “Әlavәlәrin” yazmaq lazımdır- red.) digәr şәrtlәri öz qüvvәsindә qalır.
  2. 15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinә Әlavә razılaşma ilә edilmiş dәyişiklik ___ _________ 2022-ci il tarixindәn qüvvәyә minir.
  3. Әlavә razılaşma 15 aprel 2020-ci il tarixli, ___№-li әmәk müqavilәsinin ayrılmaz hissәsidir vә eyni hüquqi qüvvәyә malik olmaqla, 2 (iki) nüsxәdә tәrtib olunub. Әlavә razılaşmanın bir nüsxәsi işәgötürәndә - işçinin şәxsi işindә, digәr nüsxәsi isә işçidә saxlanılır.

 

TӘRӘFLӘRİN İMZALARI:

 

İŞӘGÖTÜRӘN:                                                İŞÇİ:

 

 _______ Nәbili N.N.                                                 _______Əliyev N.Ş.

 

 

M.Y.

 

Әmәk müqavilәsinә Әlavә razılaşmanın bir nüsxәsini aldım:

________Əliyev N.Ş.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər