ƏMAS altsistemində işçinin əməyi işəmuzd ödənilməsi prosesi necə tənzimlənir? (NÜMUNƏVİ FORMA)

ƏMAS altsistemində işçinin əməyi işəmuzd ödənilməsi prosesi necə tənzimlənir? (NÜMUNƏVİ FORMA)

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

 

Əməyin ödənilməsinin vaxtamuzd formasında işçinin işə qəbulu zamanı sistemdə əlavə hər hansı qeydə ehtiyac yaranmır. Ona görə də işçinin əməyinin işəmuzd formada ödənildiyi halın sistemə işlənilməsini nəzərdən keçirək.

Əmək Məcəlləsinin 149-cu maddəsində qeyd edilir ki, əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürülməklə müəyyən edilir.

Fikrimizcə, əməyin işəmuzd ödənilməsinin rəsmiləşdirilməsi zamanı həm tarif (vəzifə) maaşı, həm də əməyin işəmuzd qaydada ödənilməsi qeyd olunmalıdır.

Tarif (vəzifə) maaşının necə müəyyən edilməsi çox maraqlı məsələlərdəndir. İşəgötürən hər hansı ştat vahidi yaratdıqda iş vaxtının norması ilə yanaşı, əmək haqqı da müəyyən edir. Bu zaman işəgötürən artıq həmin vakant vəzifə üzrə əmək haqqını işin və vəzifənin xüsusiyyətinə görə müəyyənləşdirir.

İşəgötürən müəyyən etməlidir ki, suvaqçı və ya rəngsaz vəzifəsində çalışacaq işçiyə nə qədər əmək haqqı ödənilməlidir. Başqa sözlə desək, işəgötürən işçinin vaxtamuzd və ya işəmuzd sistemlərdə işləməsindən asılı olmayaraq, aylıq vəzifə maaşının məbləğini mütləq müəyyən etməlidir. İşəgötürən ştat vahidi yaradılması ilə bağlı əmrdə aylıq vəzifə maaşını və əməyin ödənilmə sistemini (işəmuzd və ya vaxtmuzd) göstərməlidir.

Mİsal. İşəgötürən qərar verir ki, 10 ay müddətində, 5 günlük iş rejimində tam ştat vahidi - suvaqçı vəzifəsi üzrə vakant yer yaradılsın və işçinin vəzifə maaşı 600 manat müəyyən edilsin. Həmçinin, əmrdə qeyd edilir ki, işçinin əməyinin ödənilməsi işəmuzd olaraq həyata keçirildiyindən ona suvadığı hər kvadrat metrə görə 5 manat əmək haqqı ödənilsin.

 

Ştat vahidinin yaradılması ilə bağlı müvafiq bölmədə əmr nümunələri təqdim edildiyindən bu fəsildə digər əmr formalarını verəcəyik. Misalımıza uyğun əmrin nümunəvi forması belə olacaq:

 

Blank

“Alov” MMC

ӘMR №________

Bakı şәhәri                                           ____ __________2022-ci il

İşçinin işә qәbul olunması haqqında

Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 81-ci maddәsinin 1-ci bәndinә vә Quliyev Rza Әşir oğlu ilә bağlanılmış ___ ________2022-ci il tarixli vә ___№-li әmәk muqavilәsi bildirişinә әsaslanaraq

ӘMR EDİRӘM:

  1. Quliyev Rza Әşir oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “c” bəndinə uyğun olaraq ___ __________ 2022-ci il tarixdәn ___ __________ 2022-ci il tarixinə kimi, 10 (on) ay müddətində “Alov” MMC-də suvaqçı vәzifәsinә işə qəbul edilsin.
  2. İşçi ___ __________ 2022-ci il tarixdәn işə başlasın.
  3. İşcinin aylıq vәzifә maaşı ştat cәdvәlinә uyğun olaraq 600 (altı yüz) manat müәyyәnlәşdirilsin.
  4. Baş mühasib Əliyev Tapdıq Samir oğluna tapşırılsın ki, işçinin yerinə yetirdiyi işin (suvadığı divarın) hər kvadrat metrinə görə 5 (beş) manat işəmuzd qiyməti müəyyən olunmaqla, onun aylıq əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq hesablanılmasını həyata keçirsin.
  5. Əməyin təhlükəsizliyi üzrə mühəndis Qafarov Səməd Malik oğluna tapşırılsın ki, işçinin ayda bir dəfə əməyin mühafizəsi və təhlükəsizliyi qaydaları ilə təlimatlandırılmasını təmin etsin.
  6. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına hәvalә olunsun.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Əliyev T.S.

Tarix: ________

__________ Qafarov S.M.

Tarix: ________

__________ Quliyev R.Ә.

Tarix: ________

 

Prosesin əmək müqaviləsində və ƏMAS altsistemində əks etdirilməsini nəzərdən keçirək. Misalımıza uyğun olaraq öncə əmək müqaviləsinin müvafiq maddəsində qeydlərin necə aparılmasına baxaq:

Prosesin əmək müqaviləsində və ƏMAS altsistemində əks etdirilməsini nəzərdən keçirək. Misalımıza uyğun olaraq öncə əmək müqaviləsinin müvafiq maddəsində qeydlərin necə aparılmasına baxaq:

4.7. Tərəflərin əmək haqqının ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər:

İşçinin suvadığı və iş icraçısı tərəfindən qəbul etdiyi divarın hər kvadrat metrinə görə 5 (beş) manat işəmuzd qiymət əsasında işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq aylıq əmək haqqı hesablanılır.

ƏMAS alt sistemində proses aşağıdakı kimi qeyd ediləcək...

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər