İşəgötürən hansı halda kompensasiya hesablanan işçiyə məcburi olaraq məzuniyyət günlərini verməlidir?

İşəgötürən hansı halda kompensasiya hesablanan işçiyə məcburi olaraq məzuniyyət günlərini verməlidir?

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

İşçiyə istifadə edilməyən məzuniyyətə görə ödənilən kompensasiya məsələsində diqqətinizi bir məqama yönəltmək istəyirik. Bildiyimiz kimi, məzuniyyət dövrü təqvim ili yox, iş ili ilə müəyyən edilir. Yəni, işçi ilin hansı tarixində işə başlayıbsa, həmin tarix işçinin məzuniyyyəti üçün əsas götürürlən iş ilinin başlanğıcıdır.
Mİsal. İşçi 1 aprel 2021-ci il tarixdə işə qəbul olunubsa, deməli məzuniyyət dövrü üçün işçinin iş ili 1 aprel 2021- 1 aprel 2022-ci il tarixlərini əhatə edir. Burada maraqlı məqam işçinin 2022-ci ildə yaranan məzuniyyət hüququ ilə bağlıdır. Əmək Məcəlləsinin 113-cü maddəsində qeyd edilir ki, təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Maddənin tələblərinə əsasən, işçinin 2022-cinin aprel ayından sonra yəni birinci iş ili başa çatdıqdan sonra, iki işi il üzrə məzuniyyət hüququ yaranmış olacaq.
- Birinci işi ili (1 aprel 2021 – 1 aprel 2022-ci il)
- İkinci iş ili (1 aprel 2022- 1 aprel 2023-cü il)
İşəgötürən 2022-ci ilin iyun ayında qərar verir ki, işçinin birinci iş ilində (1 aprel 2021 – 1 aprel 2022-ci il) istifadə etmədiyi məzuniyyət günlərinə görə ona kompensasiya versin. Amma Əmək Məcəlləsinin 113-cü maddəsinin üçüncü hissəsində bildilir ki, işçinin təqvim ilində iki iş ilinə görə məzuniyyət hüququ yaranıbsa, onlardan birlikdə istifadə edə bilər. Deməli, işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilsə belə, işçi təqvim ili dövründə başa çatan iş ilinə görə məzuniyyətdən istifadə hüququnu özündə saxlayır və işəgötürənin borcudur ki, işçinin həmin hüququnu tanıyaraq onu məzuniyyətə göndərsin.
Yaxşı olar ki, Əmək Məcəlləsinin 113-cü maddəsinin tələbləri nəzərə alınaraq işçinin istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiyadan istifadə hüququ aşağıdakı şərtlər daxilində təmin edilsin:
Birincisi, işçinin iş ili tam olaraq başa çatmalıdır. Misalımıza uyğun olaraq işəgötürən 1 aprel 2021-ci il tarixdə işə qəbul olunan işçisinin iş ilinin başa çatmasını gözləməlidir.
İkinicisi, işçinin işi ilinin bitdiyi təqvim ili də başa çatmalıdır. Misalımızdakı işçinin iş ili 1 aprel 2022-ci ildə başa çatdığından, işəgötürənin istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanı 1 yanvar 2023-cü il tarixdən sonra verməsi məqsədəuyğundur. Çünki işçinin 1 aprel - 30 dekabr 2022-ci il tarixlərində öncəki iş ilinin əmək məzunyyətindən istifadə hüququ Əmək Məcəlləsinin 113-cü maddəsinin üçüncü hissəsi ilə tanınır.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər