ƏMAS altsistemində işəgötürən əmək müqaviləsi üzrə səhvləri necə aradan qaldıra bilər? (Nümunəvi forma)

ƏMAS altsistemində işəgötürən əmək müqaviləsi üzrə səhvləri necə aradan qaldıra bilər? (Nümunəvi forma)

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işçi ilə kağız formada bağlanan əmək müqaviləsindəki məlumatlarla ƏMAS altsistemindəki göstəricilər arasında uyğunsuzluqlar olmasıdır. Misal üçün, işəgötürən altıgünlük iş rejimində çalışan işçinin əmək müqaviləsində istirahət gününü “bazar günü” müəyyən etsə də, proqram təminatında istirahət günü “şənbə günü” kimi qeyd edilib. Əmək müqaviləsinin kağız formasında düzgün qeyd edilən, amma ƏMAS altsistemində səhv olan düzəlişin həyata keçirilməsi üçün işçi ilə hər hansı əmək müqaviləsinə əlavə razılaşma imzalanmasına ehtiyac yoxdur. Prosesin həyata keçirilməsi üçün işəgötürənin müvafiq əmrinin olması məqsədəuyğundur.

Blank
“Alov” MMC

ƏMR №____

Laçın şəhəri _ _______2022-ci il

Əmək müqaviləsi məlumatlarının ƏMAS-da düzgün əks etdirilməsi haqqında
“Alov” MMC-nin işçilərinin kağız əsasda əmək müqaviləsi göstəriciləri ilə ƏMAS altsisteminin əmək müqaviləsi bildirişinə səhvən daxil edilmiş məlumatlar arasındakı fərqlərin aradan qaldırılması məqsədilə
ӘMR EDİRӘM:
1. Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı 3 (üç) iş günü ərzində işçilərlə kağız formada bağlanan əmək müqavilələri və əlavələri əsasında ƏMAS altsistemində səhv daxil edilmiş məlumatların düzəlişini həyata keçirsin.
2. Əmrin icrasına nəzarət baş mühasib Səlimova Sultanə Sahib qızına həvalə olunsun.

 

Direktor ____ Nəbili N.N.

Əmrlə tanış oldum:
_____Səlimova S.S.
__ ____ 2022-ci il

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın