ƏMAS-da işçinin tam ştatdan yarımştata keçirilməsi necə tənzimlənir?

ƏMAS-da işçinin tam ştatdan yarımştata keçirilməsi necə tənzimlənir?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işçinin cari ştatının tamdan yarıma çevrilməsi halının ƏMAS altsistemində tənzimlənməsidir.
Mİsal.Turizm sektorunda fəaliyyət göstərən işəgötürən 1 sentyabr 2022-ci il tarixdə bəyan edir ki, 1 oktyabr 2022-ci il tarixdən bəzi vəzifələr üzrə iş vaxtı norması tamdan yarıma (0,5) keçiriləcək.
Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən, iş vaxtı işçinin əmək şəraitinin şərtlərindən biri hesab edilir. Misalımızda iş vaxtı norması dəyişdirildiyi üçün, Əmək Məcəllləsinin 56-cı maddəsinin ikinci hissəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir.
Prosesin ƏMAS altsitemində işlənilməsinə gəlincə, platformada təsdiq olunan ştat vahidinin iş norması üzərində düzəliş funksiyası nəzərdə tutulmayıb. Bu halda işəgötürən “Struktur əməliyyatları” bölməsində “Təşkilatın strukturu” altbölməsinə daxil olaraq müvafiq struktura ½ vahidi ilə yeni ştat yaradır:
Yeni ştat təsdiqləndikdən sonra, iş vaxtı normaları tam ştat vahidindən yarımştat vahidinə keçirilən vəziəfələri tutan işçilərin əmək müqaviləsinə dəyişiklik edilməsi üçün “Əmək müqaviləsi bildirişləri reyestri” bölməsindən “Qüvvədə olan əmək müqaviləsi bildirişləri” altbölməsinə daxil olmaq lazımdır.
İşçinin əmək müqaviləsi üzərindən “ƏM bildirişinə dəyişiklik et” funksiyasına daxil olmaq lazımdır:
Həmin funksiyaya daxil olduqdan sonra vəzifə dəyişikliyində olduğu kimi, “Vəzifənin adı” bölməsində ½ vahidi ilə yaradılan ştatı seçmək lazımdır:
Əmək müqaviləsi bildirişi imzalandıqdan sonra işçinin iş vaxtı norması tam ştat vahidindən ½ ştat vahidinə keçiriləcək. Daha sonra işəgötürən “Struktur əməliyyatları” bölməsindən “Təşkilatın strukturu” altbölməsinə daxil olaraq tam ştat vahidi olan müvafiq vəzifələrin silinməsini həyata keçirə bilər. Təcrübədə bəzən iş vaxtı normasının dəyişməsi halında işçinin əmək müqaviləsinə xitam verilir. Fikrimizcə, əmək müqaviləsinə əlavə razılaşma hazırlamaqla işçi ilə son haqq-hesab etmədən prosesi həyata keçirmək daha məqsədəuyğundur.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər