ƏMAS-da müddətli əmək müqaviləsi bitdikdə niyə avtomatik uzadılmır?

ƏMAS-da müddətli əmək müqaviləsi bitdikdə niyə avtomatik uzadılmır?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

İstər e-gov.az elektron informasiya sistemində, istərsə də ƏMAS platformasında müddətli əmək müqaviləsinin avtomatik uzadılmaması hər zaman həmkarlarımız arasında müzakirə olunub.
Əksər həmkarlarımız hesab edirlər ki, işçi ilə bağlanmış əmək müqaviləsinin son artırılma müddəti 3 aydırsa, proqram təminatı həmin müddət bitdikdən sonra müqavilə müddətini avtomatik artırmalıdır. Bu məsələ ilə bağlı hüquqşünas və əmək münasibətləri ekspertlərinin mövqeləri fərqlidir.
Fikrimizi misal üzərindən izah etməyə çalışaq.
Mİsal. İşəgötürən 1 mart 2022-ci il tarixdə işçi ilə 3 aylıq əmək müqaviləsi imzalayır. 1 iyun 2022-ci il tarixdən bir həftə ötsə də, əmək müqaviləsinə xitam verilmədiyi üçün müddət avtomatik 3 ay da artır. Beləliklə, son 3 aylıq artım nəzərə alınmaqla əmək müqaviləsinin müddəti 6 ay təşkil edir.
Həmkarlarımız arasında mübahisə yaradan məqam növbəti avtomatik artım zamanı artım müddətinin 3 ay (sonuncu artım dövrü), yoxsa 6 ay (müqavilənin müddəti) olması məsələsidir. Bəzi həmkarlar hesab edirlər ki, sonuncu müddət əmək müqaviləsinin ümum müddətinə daxil edildiyi üçün 6 aylıq avtomatik artım həyata keçirilməlidir. Bununla razılaşmayanlar da var. Onların fikrincə, Əmək Məcəlləsinin 73-cü maddəsində qeyd edilir ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
Bu səbəbdən də, ƏMAS platformasına məsul şəxslər Əmək Məcəlləsinin 73-cü maddəsindəki “həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsinin konkret olmadığını, mübahisə yaratdığını əsas gətirir və Əmək Məcəlləsində dəyişiklik olacağı təqdirdə avtomatik uzadılma məsələsinə baxıla biləcəyini bildirirlər.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər