ƏMAS işçini öncəki tarixlərdə işə qəbul etməyə icazə verir?
Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə
10 may 2022-ci il tarixdən tətbiq edilən ƏMAS altsistemi ilk vaxtlarda işçinin əmək müqaviləsi bildirişinin öncəki tarixdə qüvvəyə minməsinə icazə vermirdi. Bu sırf texniki problem olduğundan artıq proqram təminatında həmin məhdudiyyət aradan qaldırılıb. Hazırda ƏMAS altsistemi işçinin işə başlama tarixini bir ay öncəki tarixdən gec olmamaq şərtilə daxil etməyə imkan verir. Amma bir məsələni nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Mİsal 1. İşəgötürən işçi ilə 1 sentyabr 2022-ci il tarixində əmək müqaviləsi imzalayıb və işçi həmin tarixdə işə başlayıb. İşəgötürən həmin əmək müqaviləsi üzrə bildirişi 9 sentyabr 2022-ci il tarixdə sistemə daxil edirsə, o zaman əmək qanunvericiliyinin tələblərini pozmuş olur.
Mİsal 1. İşəgötürən işçini 2 sentyabr 2022-ci il tarixdə işə qəbul etsə də, texniki səbəblərdən əmək müqaviləsi bildirişinin imzalanmasını həm gün həyata keçirə bilməyib. Bu zaman işəgötürən “əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər” bölməsindən Dövlət Əmək Müfəttişliyinə müraciət edərək, dövlət qurumundan əmək müqaviləsi bildirişinin 2 sentyabr 2022-ci il tarixində qeyd olunmasını xahiş edə bilər. İşçinin əmək müqaviləsinə həmin tarixdə düzəliş edilməsi nəticəsində işəgötürən də inzibati məsuliyyətdən azad olmuş hesab ediləcək.
Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı
0 Komment
Şərh yazın