ƏMAS altsistemində ştat vahidinin yaradılmasında Məşğulluq təsnifatının rolu

ƏMAS altsistemində ştat vahidinin yaradılmasında Məşğulluq təsnifatının rolu

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

İşçinin işə qəbul olunması üçün mütləq tələblərdən biri də vakant ştatın mövcud olmasıdır. İşə qəbul haqqında prosesin ilkin mərhələsi olan ƏMAS altsistemində ştatların yaradılması haqqında məlumat verək.  ƏMAS altsistemində ştatın yaradılması üçün “Təşkilatın strukturu” bölməsindən istifadə etmək lazımdır:

Mİsal. Direktor qərar verir ki, struktur bölməsində - “HR və Kargüzarlıq” şöbəsində təlim rəhbəri ştatı yaradılsın.

ƏMAS altsistemində strukur bölməsinə daxil olduqdan sonra ştatların yaradılmasının iki variantı mümkündür. Birinci variant “HR və Kargüzarlıq” şöbəsinin qarşısındakı “Ştat əlavə et” düyməsinin sıxılmasıdır. İkincisi isə, şöbənin qarşısındakı combo-dan “Ştat əlavə et” bölməsinə daxil olmaqla yeni ştatın yaradılmasını həyata keçiməkdir:

 

“Ştat əlavə et” düyməsini sıxdıqdan sonra ştat haqqında məlumatların əlavə olunması üçün yeni pəncərə açılır:

Açılan pəncərədə məlumatların qeyd edilməsini həyata keçirək. “Məşğulluq təsnifatı” bölməsində vakansiya üçün təsdiq olunan məşğul təsnifatını seçmək lazımdır. Qeyd edək ki, məşğulluq təsnifatı (MT) Azərbaycan Respublikası Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 20 dekabr 2010-cu il tarixli, 180 saylı əmri və  Dövlət Statistika Komitəsinin 24 noyabr tarixli kollegiya qərarı ilə təsdiq edilib. Məşğulluq təsnifatı haqqında ətraflı məlumat əldə etmək üçün linki qeyd edirik:

https://www.stat.gov.az/menu/5/source/Meshqulluq_tes.pdf

“Məşğulluq təsnifatı”na əsasən, MT-də kodlaşdırmanın struktur sxemi aşağıdakı kimidir:

- İbtidai qrup;

- Kiçik qrup;

- Yarımqrup;

- Əsas qrup.

Rəsmi sənəddə MT-nin kodlaşdırılmasına dair bir neçə misal da qeyd edilib:

2111 Fizik, mexanika

2 - “Peşəkar mütəxəssislər” əsas qrupuna aiddir.

21 – “Texniki elmlər sahəsində peşəkar mütəxəssislər” yarımqrupuna aiddir.

211 – “Fiziklər və bunlara yaxın peşələrin peşəkar mütəxəssisləri” kiçik qrupuna  aiddir.

2111 – “Fiziklər və astronomlar” ibtidai qrupuna aiddir.

1111 - Baş nazir

1 – “İdarəedicilər” əsas qrupuna aiddir.

11 – “Qanunvericilər və yüksək vəzifəli şəxslər” yarımqrupuna aiddir.

111 – “Qanunvericilər və yüksək vəzifəli şəxslər” kiçik qrupuna aiddir.

1111 – “Qanunvericilər” ibtidai qrupuna aiddir.

ƏMAS-ın “Məşğulluq təsnifatı”nda  axtarış sistemi “Əsas qrup”, “Yarım qrup”, “Kiçik qrup” və “Məşğulluq təsnifatı” (vəzifə adına) görə həyata keçirilir. Misalımızda yaradacağımız təlim rəhbəri vəzifəsi əsas qrup olaraq peşəkar mütəxəssislərə aid edilir. “Kiçik qrup” hissəsində təlim rəhbərinin hansı  sahə üzrə olduğunu qeyd etməliyik. Təlimçilər biznes və idarəetmə üzrə peşəkar mütəxəssislər yarımqrupuna şamil edilir. “Kiçik qrup” hissəsində konkret bölmə üzrə olduğunu qeyd edirik: “İdarəetmə üzrə peşəkar mütəxəssislər”. Vəzifə olaraq biz əmək müqaviləsində olan vəzifəni yox, MT-yə uyğun “Heyətin təlimi üzrə mütəxəssis” sətrini qeyd etməliyik. Beləliklə, MT aşağıdakı kimi qeyd edilməlidir:

“Məşğulluq təsnifatı” təsdiqləndikdən sonra “Stat məlumatları” bölməsində məşğulluq tənsifatı ilə yanaşı, “Vəzifə kodu” da avtomatik qeyd ediləcək.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın