ƏMAS altsistemində imzalanmış xitam əmrini hansı halda işəgötürən özü ləğv edə bilər?

ƏMAS altsistemində imzalanmış xitam əmrini hansı halda işəgötürən özü ləğv edə bilər?

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

ƏMAS platformasının e-gov.az informasiya sistemindən fərqli olaraq işəgötürənə verdiyi üstünlüklərdən biri də gələcək tarixə işçinin xitam bildirişini hazırlamaq imkanıdır.

Mİsal. İşəgötürən 16 sentyabr 2022-ci il tarixli əmri ilə işçinin əmək müqaviləsinə 1 oktyabr 2022-ci il tarixdən xitam verir. E-gov.az informasiya sistemində işəgötürən bu xitamı 1 oktyabr 2022-ci il tarixdə verə bilərdi. Amma ƏMAS sistemi imkan verir ki, gələcək tarixi seçməklə xitam bildirişi imzalansın.

İşəgötürən qeydiyyata alınan sənədi imzaladıqdan sonra xitam əmrinin statusu fərqli formada təqdim olunacaq:

Şəkildən göründüyü əmrin statusunda “Qüvvədədir” yox,  “Qüvvəyyə minəcək” qeydi var. “Qüvvəyə minəcək” statusunun digərindən fərqi odur ki,  işəgötürən həmin əmri qüvvəyə minəcəyi tarixə qədər ləğv etmək hüququna malikdir.

Misalın davamı olaraq hesab edək ki, işəgötürən 20 sentyabr 2022-ci ildə işçinin işdən çıxma ərizəsinin etibarsız edilməsi üçün müraciət edir.  Bu zaman işəgötürən “Etibarlı xitam əmrləri” bölməsindəki müvafiq sənədin içərisinə daxil olduqdan sonra sol tərəfdəki “Əməliyyatlar” menyusundan “Ləğv et” düyməsini sıxmalıdır:

 Ləğv etmə səbəbini qeyd etdikdən sonra qüvvəyə minəcək xitam əmri ləğv edilir və “Ləğv edilmiş xitam əmrləri” bölməsində saxlanılır:

Əgər işəgötürən qüvvəyə minməsi nəzərdə tutulan tarixə kimi xitam əmrini ləğv etməsə, o zaman əmr qüvvəyə minmiş hesab olunacaq. İşəgötürən müddəti ötürdükdən sonra yuxarıdakı əməliyyatı həyata keçirə bilməyəcək. Artıq əmrin ləğv olunması üçün bir yol qalır: “Əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər” bölməsindən “Etibarsızlaşdırma üzrə müraciət yarat” altbölməsinə daxil olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət göndərmək.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər