ƏMAS Altsistemində “Qüvvədən düşmüş strukturlar”da aktiv əmək müqaviləsi bildirişi üzrə düzəlişlər necə aparılır?

ƏMAS Altsistemində “Qüvvədən düşmüş strukturlar”da aktiv əmək müqaviləsi bildirişi üzrə düzəlişlər necə aparılır?

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

            Öncəki səhifələrdə xüsusi vurğuladıq ki, qüvvədən düşən strukturda silinən bölmədəki aktiv əmək müqavilələləri üzrə düzəlişlər həyata keçirilməlidir. Əmək müqaviləsini yeni təsdiqlənən təşkilati strukturdakı ştata uyğunlaşdırmaq üçün əmək müqaviləsi bildirişi reyetstindən qüvvədə olan əmək müqaviləsi bildirişlərinə daxil olmaq lazımdır.

Bu zaman silinən təşkilati strukturda olan aktiv əmək müqavilələrinin üzərindən “ƏM bildirişinə dəyişiklik et” düyməsini sıxmaq lazımdır.

Aktiv əmək müqaviləsi silinməyən struktura aid olarsa, o zaman birbaşa işçinin göstəriciləri olan səhifə açılmalıdır. Əgər silinən struktur üzə aktiv əmək müqaviləsi bildirişinə dəyişiklik ediriksə, o zaman ƏMAS altsistemi aktiv əmək müqaviləsinin struktur bölmədə yaradılan yeni ştatlar üzrə seçilməsini tələb edəcək.

İşəgötürən aktiv əmək müqaviləsi üçün ştat seçdiyindən prosesi davam etdirərək, dəyişikliyin təsdiqləməsini həyata keçirməlidir. Əmək müqaviləsi bildirişinə dəyişiklik prosesini növbəti səhifələrdə ətraflı izah etdiyimizdən burada proses haqqında geniş məlumat verməyə ehtiyac duymadıq.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər