ƏMAS altsistemində işçilər haqqında hansı məlumatları əldə etmək olar?

ƏMAS altsistemində işçilər haqqında hansı məlumatları əldə etmək olar?

ƏMAS altsistemində işçilər haqqında hansı məlumatları əldə etmək olar?


Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə
ƏMAS-dan işçilər haqqında məlumatların Excel faylında yüklənməsi də mümkündür. İşəgötürən cari işçilərin məlumatlarını bir faylda əldə etmək istəyirsə, “Əmək müqaviləsi bildirişinə dəyişiklik” menyusunun “Qüvvədə olan əmək müqaviləsi bildirişləri” altbölməsinə daxil olmalıdır.

Həmin menyuda Excel işarəsi olan düyməni sıxdıqdan sonra bildirişlər olan menyuya və ana səhifəyə məlumat daxil olur:
“Fayl hazırdır. Faylı endir” düyməsini sıxdıqdan sonra yüklənən Excel faylında işçi ilə bağlı bir çox məlumatlar öz əksini tapır.
“Müqavilənin növü” sütununda məlumatlar “Bağlanmış” və “Dəyişdirilmiş” kimi təsnif olunub. Buradan işçinin əmək müqaviləsinə dəyişiklik olub-olmaması haqqında məlumat əldə etmək olar. “Bağlanmış” kateqoriyasında yeni işə qəbul edilən və əmək müqaviləsində düzəliş aparılmayan işçilərə aid məlumatlar mühafizə olunur.
“Sənədin nömrəsi” sütununda işçinin SON əmək müqaviləsi bildirişinin seriyası qeyd edilir.
“Daxil olma tarixi”ində isə, əmək müqaviləsi ilə bağlı SON əmək müqaviləsi bildirişinin nömrəsi qeyd edilir.
“Müqavilənin statusu” sütununda məlumatlar iki cür təsnif olunub: “Qüvvədədir” və “Qüvvəyə minəcək”. Təbii ki, “Qüvvədə olan əmək müqaviləsi bildirişləri” altbölməsində saxlanılan müqavilələrin statusu “Qüvvədədir” olacaq.
“FİN”, “SSN”, “Doğum tarixi” və “Tam adı” sütunlarında müvafiq olaraq işçinin şəxsiyyət vəsiqəsindəki FİN kod, sosial sığorta nömrəsi, doğum tarixi, işçinin adı, soyadı və ata adı haqqında məlumatlar öz əksini tapır. Bir məsələni qeyd edək ki, 10 may 2022-ci il tarixdə təqdim olunan ƏMAS altsistemində işçinin sosial sığorta nömrəsinin qeyd edilməsi üçün sütun nəzərdə tutulmamışdı. ƏMAS-a məsul dövlət qurumu ilə görüşlərdə, həmçinin dövlət qurumuna göndərdiyimiz təkliflərdə sosial sığorta nömrəsinin əlavə edilməsini tövsiyə etdik. Sevindirici haldır ki, artıq Excel formatında SSN sütunu əlavə edilib.
“İşçinin aylıq əmək haqqı” qrafasında işçinin son əmək haqqı qeyd edilir. Misal üçün, işə qəbul olunan işçinin ilkin əmək haqqı 500 manat olsa da, sonra 700 manata qaldırılıb. Bu zaman müvafiq sətirdə 500 manat yox, 700 manat yəni axırıncı dəyişiklik məbləği qeyd ediləcək.
“Vəzifənin adı” qrafasında işçinin əllə daxil edilən vəzifə adı qeyd edilir. ƏMAS-a məsul şəxslərlə görüşdə təklif etmişdik ki, məşğulluq tənsifatını işçilərlə bağlı hesabata daxil etsin.
“Əsas müqavilənin başlama tarixi”ndə işəgötürənlə işçi arasında bağlanan müqavilənin ilkin tarixi qeyd edilir.
“Müqavilənin bağlanma tarixi”ndə isə əmək müqaviləsinə olan son dəyişikliyin tarixi qeyd olunur. Misal üçün, işçi 1 avqust 2022-ci il tarixdə işə qəbul edilib və 15 sentyabr 2022-ci ildə onun əmək haqqına dəyişiklik olunub. Bu halda “Müqavilənin bağlanma tarixi” 15 sentyabr 2022-ci il olacaq. 1 avqust 2022-ci il tarixi isə “Əsas müqavilənin başlama tarixi”ndə qeyd olunacaq.

“İşçinin işə başlama tarixi” qrafasında işə qəbul olunan işçinin işə başlama tarixi qeyd olunur. Misal üçün, işəgötürən işçi ilə əmək müqaviləsini 1 sentyabr 2022-ci il tarixdə imzalasa da, işçinin işə başlanma tarixi 15 sentyabr 2022-ci il müəyyən edilib. Bu zaman 1 sentyabr 2022-ci il tarixi “Əsas müqavilənin başlanma tarixi” sütununda, 15 sentyabr 2022-ci il tarixi isə “İşçinin işə başlama tarixi” sütununda əks olunacaq.
“Müqavilənin bitmə tarixi” qarafasında əmək müqaviləsinin bitmə tarixi qeyd edilir. Maraqlıdır ki, işçi ilə bağlanan əmək müqaviləsi müddətsiz olduğu halda həmin qrafaya hansı göstərici daxil ediləcək. ƏMAS platforması müddətsiz əmək müqaviləsi halında həmin hissəni boş saxlayır. Qeyd edək ki, istifadəçilər bu bölmədə müddəti bitməyə yaxınlaşan əmək müqavilələrini filtir etməklə onların siyahısını hazırlaya bilər.
Sonuncu sütun “Etibarlılıq statusu” adlanır ki, buradan əmək müqaviləsinin etibarlılığı haqqında məlumatlar əlavə edilir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər