İşçinin işdən çıxma ərizə verdikdə, hansı hallarda ərizəni geri götürə bilər? (4 Misalla izah)

İşçinin işdən çıxma ərizə verdikdə, hansı hallarda ərizəni geri götürə bilər? (4 Misalla izah)

Satışı yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İşçinin ərizədə göstərdiyi işdənçıxma tarixinədək ərizəsini geri götürməsi halına baxaq. Əmək Məcəlləsinin  69-cu maddəsinin dördüncü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

 

Təcrübədə rast gəlinən hallardan biri də, işçinin əmək müqaviləsininin ləğvi ilə bağlı ərizə verdikdən müəyyən müddət sonra fikrindən daşınmasıdır.

Mİsal 1.  İşçi 15 fevral 2022-ci il tarixdə işdən çıxmaq haqqında ərizə yazır. Lakin 26 fevral 2022-ci il tarixdə işəgötürənə müraciət edərək bildirir ki, işdənçıxma ərizəsini geri götürmək istəyir.  İşəgötürən bu müddət ərzində işçiyə onun yerinə yeni işçinin işə götürülməsi ilə bağlı hər hansı xəbərdarlıq etməyibsə, o halda işçinin əvvəlki ərizəsi etibarsız hesab edilir.

Mİsal 2. İşçi 10 fevral 2022-ci il tarixdə işdən çıxmaq haqqında ərizəni işəgötürənə təqdim edir. 26 fevral 2022-ci il tarixdə işçi ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı işəgötürəni məlumatlandırır. Ancaq məlum olur ki, işçi ərizəsini təqdim etdikdən sonra, işəgötürən onun yerinə yeni işçinin seçilməsi ilə bağlı prosedurları həyata keçirib, yekunlaşdırsa da, işçiyə hər hansı rəsmi xəbərdarlıq etməyib. Bu zaman işçinin işdənçıxma ərizəsi etibarsız hesab edilir.

Mİsal 3.  İşçi 8 fevral 2022- ci il tarixdə işdənçıxma haqqında ərizə ilə işəgötürənə müraciət edir. İşçi sonradan fikrini dəyişərək, 22 fevral 2022-ci il tarixdə işdən çıxmayacağı haqqında işəgötürənə məlumat verir. Amma işəgötürən işçiyə 8 fevral 2022-ci il tarixdə rəsmi xəbərdarlıq verib ki, işçinin yerinə yeni işçinin seçimi prosesi başa çatıb. Bu halda işçi işdənçıxma ərizəsini geri götürə bilməz və o, ərizəni verdiyi tarixdən 1 ay müddətində işdən azad ediləcək.

Mİsal 4.  İşçi 9 fevral 2021-ci il tarixdə işdənçıxma haqqında müraciət edir. Qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə 17 fevral 2021-ci il tarixdə xitam verilir. Əmək müqaviləsinə xitam verilən işçi 22 fevral 2021-ci il tarixdə işəgötürənə ərizə ilə müraciət edir ki, onun yerinə yeni işçi götürülmədiyi və yenidən işləmək istədiyi üçün işdənçıxma ərizəsi etibarsız hesab edilsin. Bu halda işəgötürən işçiyə rəsmi xəbərdarlıq etmədiyi halda, onun  əmək müqaviləsinə xitam verməsinə baxmayaraq,  yenidən işə bərpasına qərar verməlidir.

Bu halların təcrübədə necə rəsmiləşdirilməsi ilə bağlı təşkilatımızın digər nəşrində “A-dan Z-yə Kargüzarlıq” kitabında nümunəvi sənəd formalarının köməyi ilə ətraflı məlumat verilib.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər