ƏMAS-da qalıq məzuniyyət günlərinin qeyd edilməsində vacib məqam -3

ƏMAS-da qalıq məzuniyyət günlərinin qeyd edilməsində vacib məqam -3

Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

İstifadə edilməmiş məzuniyyət günlərinin müəyyən edilməsi ilə bağlı “Əməyin uçotu: A-dan Z-yə” kitabından geniş məlumat versək də, bu nəşrimizdə də bəzi məqamlara aydınlıq gətirmək istəyirik.

Üçüncü məqam. Xitam tarixinə işçinin artıq istifadə etdiyi məzuniyyət günlərinin olması da mümkündür.
Mİsal. İşçi işə qəbul olunduğu iş ilində 30 günlük əmək məzuniyyəti günlərindən istifadə etsə də, 8-ci ayda əmək müqaviləsinə xitam verilib. Təbii ki, bu zaman istifadə edilməmiş məzuniyyət günləri mövcud olmayacaq. Əvəzində işlənməmiş günlərinə düşən məzuniyyət ödənişləri var. Əmək Məcəlləsinin 175-ci maddəsinin “ç” bəndinə əsasən, müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu işçinin əmək haqqından tutula bilər.
Bu zaman işəgötürən ƏMAS altsisteminin “Qalan məzuniyyət günləri” bölməsində 0 (sıfır) gün qeyd etməlidir. Həmçinin, xitam əmrində “Bənd əlavə et” düyməsini sıxmaqla “İşçinin cari iş ili üzrə işlənməmiş günlərinə düşən 5 günlük əsas məzuniyyət haqqı əmək haqqından tutulsun” əlavəsi edilməlidir.
Həmin əlavə maddə ƏMAS altsistemi tərəfindən hazırlanan əmr formasında da öz əksini tapacaq.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın