Əmək müqaviləsi müddətinin artırılması necə rəsmiləşdirilməlidir? (Nümunəvi forma)

Əmək müqaviləsi müddətinin artırılması necə rəsmiləşdirilməlidir? (Nümunəvi forma)

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

 

Əmək Məcəlləsinin 73-cü, “Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası” maddəsinə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Göründüyü kimi, müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində xitamla bağlı tələb olmazsa, müddət uzadılmış hesab ediləcək. İşəgötürən həmin müddəti eyni və ya fərqli müddətdə uzatmaq istədiyi halda, əmək müqaviləsinə aşağıdakı formada əlavə Razılaşma hazırlaya bilər:

 

15 sentyabr 2021-ci il tarixli, ___№-li әmәk müqavilәsinә

Әlavә razılaşma №_____

 

Zəngilan şәhәri                                            11 sentyabr 2022-ci il

 

Bir tәrәfdәn “İşәgötürәn”- nizamnamәsinә әsasәn fәaliyyәt göstәrәn “Alov” MMC, direktoru Nәbili Nüsrәt Nadir oğlunun şәxsindә, digәr tәrәfdәn “İşçi”- Daxili turizm şöbəsinin tur rəhbəri vəzifəsində çalışan Əliyev Nicat Şamil oğlunun şәxsindә 15 sentyabr 2021-ci il tarixli

___№-li әmәk müqavilәsinә aşağıdakı şәrtlәrlә

Әlavә razılaşma imzaladılar.

  1. 15 sentyabr 2021-ci il tarixli ___№-li әmәk müqavilәsinn müddəti «16» sentyabr 2022-ci il tarixindən 1 (bir) il müddətinə uzadılır. İşçinin əmək müqaviləsinin bitmə vaxtı “16” sentyabr 2023-cü il tarixi hesab edilir.
  2. 15 sentyabr 2021-ci il tarixli ___№-li әmәk müqavilәsinin (әgәr әmәk müqavilәsi bağlandıqdan sonra ona dәyişiklik edilmәsi mәqsәdilә әlavә vә ya әlavәlәr imzalanıbsa, o halda mötәrizәdә “Әlavәnin” vә “Әlavәlәrin” yazmaq lazımdır- red.) digәr şәrtlәri öz qüvvәsindә qalır.
  3. 15 sentyabr 2021-ci il tarixli ___№-li әmәk müqavilәsinә Әlavә razılaşma ilә edilmiş dәyişiklik «16» sentyabr 2022-ci il tarixindәn qüvvәyә minir.
  4. Әlavә razılaşma 15 sentyabr 2021-ci il tarixli, ___№-li әmәk müqavilәsinin ayrılmaz hissәsidir vә eyni hüquqi qüvvәyә malik olmaqla, 2 (iki) nüsxәdә tәrtib olunub. Әlavә razılaşmanın bir nüsxәsi işәgötürәndә - işçinin şәxsi işindә, digәr nüsxәsi isә işçidә saxlanılır.

 

TӘRӘFLӘRİN İMZALARI:

İŞӘGÖTÜRӘN:                                                    İŞÇİ:

 _______ Nәbili N.N.                     _______Əliyev N.Ş.

 

M.Y.

Әmәk müqavilәsinә Әlavә razılaşmanın bir nüsxәsini aldım:

________Əliyev N.Ş.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər