İşçi işlədiyi halda istifadə edilməmiş məzuniyyətə görə kompensasiya alarsa, o zaman hesablama necə həyata keçirilməlidir?

İşçi işlədiyi halda istifadə edilməmiş məzuniyyətə görə kompensasiya alarsa, o zaman hesablama necə həyata keçirilməlidir?

Satışını yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

 

Əgər işçi işlədiyi dövrdə kompensasiya alıbsa, o zaman istifadə edilməmiş məzuniyyətə görə ödənilən kompensasiyada əlavə məzuniyyətlər nəzərə alınacaq. Çünki Əmək Məcəlləsinin 135-ci maddəsinin ikinci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən  istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Həmçinin, Əmək Məcəlləsinin 113-cü maddəsində qeyd edilir ki, əmək məzuniyyəti əsas və əlavə məzuniyyətdən ibarətdir. O səbəbdən də işəgötürən işçiyə işlədiyi halda istifadə edilməyən məzuniyyətə kompensasiya hesablayarkən həm əsas, həm də əlavə məzuniyyət günlərini nəzərə almalıdır.

Mİsal. 30 gün əsas məzuniyyət, 6 gün əlavə məzuniyyət hüququ olan işçi əsaslandırılmış səbəblərdən başa çatan iş ili üzrə məzuniyyət hüququndan istifadə edə bilməyib. Cari iş ilində işəgötürən işçiyə istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödədikdə, 36 gün (30 (əsas) + 6 (əlavə)) üçün kompensasiya hesablayacaq.

Bir məsələni də bildirək ki, istifadə edilməmiş əsas məzuniyyətə görə hesablanan kompensasiyadan bütün icbari ödənişlər (gəlir vergisi, məcburi dövlət sosial ayırması, işsizlikdən sığorta və icbati tibbi sığorta) tutulmalıdır.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər