Sistemə daxil edilən əmək müqaviləsi kağız formada imzalanmasa, cərimə tətbiq ediləcək?

Sistemə daxil edilən əmək müqaviləsi kağız formada imzalanmasa, cərimə tətbiq ediləcək?

Satışı yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

 

İşəgötürən işçi ilə bağlı məlumatları elektron informasiya sisteminə daxil edib, amma işçi ilə hər hansı rəsmiləşdirmə (kağız formada əmək müqaviləsi, əmr və s.) həyata keçirilməyib.  Maraqlıdır ki, işəgötürənin bu hərəkəti əmək qanunvericiliyinin pozulması halı kimi qiymətləndirilib, ona inzibati cərimə tətbiq edilə bilər?

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsindəki inzibati xəta Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədiyi halda  işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə tətbiq edilir.  Amma mümkündür ki, işəgötürən tərəfindən elektron informasiya sisteminə məlumatların daxil edilməsi yalançı rəsmiləşdirmə olsun.

Misal üçün, pandemiya dövründə işsizlərə 190 manat məbləğin təyin edilməsi zamanı məlum oldu ki, bəzi şəxslər elektron informasiya sistemində “əmək müqaviləli” görünsələr də, onların iş yerləri haqqında hər hansı məlumatları yoxdur. O zaman dövlət qurumu tərəfindən araşdırma zamanı işçi qismində çıxış edən şəxslərin iddiaları təsdiqləndikdə, işəgötürənlərə inzibati cərimə tətbiq olundu.  Tətbiq edilən inzibati cərimə Əmək Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə tam uyğun olmasa da, təcrübədə tətbiq edilir.

Amma dövlət qurumunun araşdırması zamanı məlum olsa ki, işçinin sadəcə kağız formada rəsmiləşdirməsi (əmək müqaviləsi, əmr və sair) yoxdur, amma əmək münasibətləri ilə bağlı Əmək Məcəlləsinin tələblərinə riayət olunur, o halda inzibati protokol yox, pozuntunun aradan qaldırılması ilə bağlı göstəriş verilməsi gözləniləndir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər