ƏMAS-da Ştatların yaradılması ilə bağlı hansı məqamlara diqqət yetirilməlidir? (Nümunəvi Forma)

ƏMAS-da Ştatların yaradılması ilə bağlı hansı məqamlara diqqət yetirilməlidir? (Nümunəvi Forma)

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

Həmkarlarımıza tövsiyə edirik ki, statın yaradılması zamanı aşağıdakı vacib məqamları nəzərə alsınlar:

- Ştat yaradılması zamanı MT-yə uyğun vəzifə müəyyən olunmalıdır;

- Yaradılacaq ştatda işçinin iş vaxtı norması qeyd edilməlidir;

- Ştatın yaradılması ilə bağlı rəsmi sənəd tələb edilir, çünki əmrin tarixi və nömrəsi “Ştat məlumatları” bölməsində qeyd olunmalıdır;

- İşçinin ştatda, yoxsa ştatdankənar olması haqqında məlumat əks olunmalıdır;

- Tabel qurum varsa, onunla bağlı qeyd aparılmalıdır;

Ştat yaradıldıqdan sonra təsdiqlənməsi də həyata keçirilməlidir.

Ştatın yaradılması necə sənədləşdirilir? (Nümunəvi forma)

Qeyd etdik ki, ƏMAS alt sistemində ştat vahidi yaradılması haqqında əmrin nömrəsi və tarixi haqqında göstəriciləri qeyd etmək lazımdır. Nümunəvi forma olaraq, ştatın yaradılması haqqında əmri təqdim edirik.

Blank

“Alov” MMC

ƏMR №________

Bakı şəhəri                                         ____ _______________2022-ci il

Təşkilati strukturda dəyişiklik edilməsi haqqında

“Alov” MMC-nin Təşkilati strukturunun təkmilləşdirilməsi məqsədilə

ƏMR EDİRƏM:

  1. Cəmiyyətin direktorunun ____ ______ 2022-ci il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 01 yanvar-31 dekabr 2022-ci iş ili üçün Təşkilati struktura aşağıdakı qaydada dəyişikliklər edilsin:

1.1. 1 (bir) ştat vahidi “Baş redaktor” vəzifəsi olan “Redaktorluq” adlı yeni struktur bölmə yaradılsın.

1.2. Aylıq tarif (vəzifə) maaşı tam iş yeri norması ilə 800 (səkkiz yüz) manat təyin edilsin.

  1. Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı:

2.1. Yeni struktur bölməsinin məlumatlarının ƏMAS altsistemində işlənilməsini yerinə yetirsin;

2.2. Vakant vəzifə ilə bağlı məlumatların e-sosial.az-a daxil edilməsini həyata keçirsin.

  1. Dəyişiklik 15 oktyabr 2022-ci il tarixdən qüvvəyə minir.
  2. Əmrin icrasına nəzarət Baş mühasib Səlimova Sultanə Sahib qızına tapşırılsın.

Direktor _______ Nəbili N.N.

Tarix: ________

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər