İşəgötürən aylıq əmək haqqının ödənilmə vaxtını növbəti ayın 20-sinə təyin edə bilər?

İşəgötürən aylıq əmək haqqının ödənilmə vaxtını növbəti ayın 20-sinə təyin edə bilər?

Satışını yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans və qalıq hissəsi) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə maaş ayda bir dəfədən az olmayaraq verilməlidir. İşəgötürənin işçinin cari əmək haqqını növbəti ayın 20-ə kimi ödəməsi əmək qanunvericiliyinin pozulması hesab edilə bilərmi?

Fikrimizcə, əmək haqqının ödənilməsi müddəti maksimum növbəti ayın 15-dək həyata keçirilməlidir. Əmək haqqının növbəti ayın 15-nə qədər ödənilməsinin əsaslı səbəbləri olmalıdır. Misal üçün, işəgötürən növbəli iş rejimini və ya iş vaxtının cəmlənmiş uçotunu tətbiq etdikdə və ya filiallardan məlumatların alınması prosesi uzun çəkdikdə. Digər hallarda əməyin ödənilməsinin növbəti ayın ilk 5 iş günündə həyata keçirilməsi məqsədəuyğundur.

Bəzən, işəgötürən bir qrup işçilərin əmək müqavilələrində əmək haqqının ödənilməsi müddətini digərlərindən fərqli şəkildə müəyyən edir.

Mİsal .İşəgötürən 10 işçinin əmək müqaviləsində əmək haqqının ödənilməsi tarixini ayın 30-na, 1 fevral 2022-ci il tarixdən işə qəbul olunan 5 işçinin əmək müqaviləsində isə ödəniş tarixini növbəti ayın 15-nə müəyyən edib.

Əmək haqlarının gec ödənilməsi nəzərdə tutulan işçilərin ödənişlərinin hesablanmasında hər hansı obyektiv səbəblər (tabel uçotu, iş saatı ilə bağlı məlumatların əldə edilməsi və s.) yoxdursa, o zaman işəgötürən tərəfindən əməyin ödənilməsi vaxtının fərqli müəyyən edilməsi işçilər arasında ayrı-seçkiliyə yol verilməsi kimi qiymətləndiriləcək.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər