ƏMAS-da səlahiyyətlərin verilməsi prosesi necə rəsmiləşdirilir? (Nümunəvi forma)

ƏMAS-da səlahiyyətlərin verilməsi prosesi necə rəsmiləşdirilir? (Nümunəvi forma)

Satışında START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

İşəgötürən tərəfindən səlahiyyətlərin verilməsi zamanı, işçinin ƏMAS altsisteminə girişinin təmin edilməsi məqsədilə onun adına “Asan imza” və ya “Elektron imza” mobil nömrəsi rəsmiləşdirilməlidir. Bu fəaliyyəti həyata keçirən dövlət qurumlarının saytından hazır etibarnamə forması endirilərək doldurulmalı, təsdiq edilməli və müvafiq quruma təqdim olunmalıdır. İşəgötürənin səlahiyyətlərinin həvalə olunması ilə bağlı düzgün rəsmiləşdirmə prosesini (nümunəvi əmr formasının hazırlanmasını) misal üzərində nəzərdən keçirək.

Mİsal. İşəgötürən qərara alır ki, “Mingəçevir” filialının müdirinə ƏMAS altsistemində  həmin filialın strukturu üzrə işçilərin əmək müqaviləsi bildirişlərinin imzalanması və struktur üzrə idarəetmə fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı əməliyyatlar üzrə səlahiyyətlər versin. Səlahiyyət verilməsi müddəti 1 (bir il) olaraq müəyyən edilib. Bu zaman əmrin nümunəvi forması aşağıdakı kimi olacaq:

Blank

“Alov” MMC

 

ƏMR №________

Bakı şəhəri                                                          26 sentyabr 2022-ci il

Səlahiyyətlərin həvalə olunması haqqında

“Alov” MMC-də idarəetmənin səmərəliliyinin artırılması, sənəd dövriyyəsinin operativliyinin, əmək münasibətləri ilə bağlı qərarların vaxtında qəbul edilməsinin və qüvvəyə minməsinin təmin olunması məqsədilə

ӘMR EDİRӘM:

  1. Alov MMC-nin direktorunun (işəgötürənin) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-cı maddəsinin birinci hissəsində nəzərdə tutulan hüquqlarının (səlahiyyətlərinin) Mingəçevir filialı üzrə ƏMAS altsistemində həyata keçirilməsi filialın direktoru Hüseynov Qürbət Əhməd oğluna həvalə olunsun.
  2. Səlahiyyətlərin həvalə olunması müddəti 15 oktyabr 2023-cü ildən 15 oktyabr 2024-cü ilədək olmaqla, 1 (bir) il müəyyən edilsin.
  3. Mingəçevir filialının direktoru Hüseynov Qürbət Əhməd oğlunun ƏMAS altsisteminə girişinin təmin edilməsi məqsədilə onun adına “Asan imza” üçün mobil nömrənin rəsmiləşdirilməsi üçün tələb olunan etibarnamə hazırlanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim olunsun.
  4. Səlahiyyətlər həvalə olunan şəxs bu səlahiyyətlərin icrasını digər şəxsə və ya şəxslərə ötürə bilməz.
  5. Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı əmrin icrasından irəli gələn məsələləri həll etsin.
  6. Əmrin icrasına nəzarət “Alov” MMC-nin direktorunun birinci müavini Zahidova Mələk Əkrəm qızına tapşırılsın.

 

Direktor ________ Nəbili N.N.

Təqdim etdiyimiz əmr nümunəsində işəgötürənin bütün səlahiyyətlərinin ƏMAS altsistemində həyata keçirilməsi üçün digər vəzifəli şəxsə həvalə olunması nəzərdə tutulur. Ola bilər ki, işəgötürən bütün səalhiyyətlərinin deyil, bir neçə səlahiyyətinin həvalə olunmasına qərar versin. Bu zaman əmrdə konkret olaraq hansı səlahiyyətlərin verilməsi qeyd olunmalıdır.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər