ƏMAS-da qalıq məzuniyyət günlərinin qeyd edilməsi zamanı vacib məqam-1

ƏMAS-da qalıq məzuniyyət günlərinin qeyd edilməsi zamanı vacib məqam-1

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

İstifadə edilməmiş məzuniyyət günlərinin müəyyən edilməsi ilə bağlı “Əməyin uçotu: A-dan Z-yə” kitabından geniş məlumat versək də, bu nəşrimizdə də bəzi məqamlara aydınlıq gətirmək istəyirik.

Birinci məqam. İşəgötürən ƏMAS altsistemində yalnız istifadə olunmamış əsas məzuniyyət günlərinin sayını qeyd etməlidir. Əmək Məcəlləsinin 144-cü maddəsində qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin ƏSAS məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin maddənin üçüncü hissəsində xüsusi olaraq vurğulanır ki, əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Misal.  Əmək müqaviləsinə xitam verilən işçinin əsas məzuniyyət günləri üzrə 30 gün, əmək stajına və ailə vəziyyətinə görə isə 7 gün əlavə məzuniyyəti olmaqla cəmi 37 gün əmək məzuniyyəti qalığı mövcuddur. İşəgötürən ƏMAS altsistemində 37 gün olan əmək məzuniyyətini yox, 30 gün əsas məzuniyyəti qeyd edəcək.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər