ƏMAS-dakı məlumatlar əmək kitabçasını əvəz edir?

ƏMAS-dakı məlumatlar əmək kitabçasını əvəz edir?

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

Maraqlı suallardan biri işçinin əmək məzuniyyətinin müəyyənləşdirilməsi zamanı əmək stajını hesablamaq üçün “Köhnə müqavilələr”də olan məlumatlardan istifadə etməyin mümkünlüyü barədədir. Qeyd edilən məsələ ilə bağlı bildirmək istəyirik ki, elektron informasiya sisteminə məlumatların daxil edilməsi 2014-cü ildən etibarən tətbiq edilir. Amma bu, həmin dövrə qədər olan məlumatların sistemdə əks olunmaması anlamına gəlmir.

Mİsal 1. İşçi 30 noyabr 1998-ci ildə işə qəbul edilib və 29 sentyabr 2017-ci ildə işdən azad olunub. İşçi ilə bağlı məlumatlara “Köhnə müqavilələr”də rast gəlmək mümkündür. Çünki 2014-ci ildə elektron informasiya sisteminin tətbiqi zaman həmin əmək müqaviləsi aktiv olub.

Mİsal 2.  5 mart 2012-ci ildə işə qəbul edilən işçi 30 aprel 2013-cü ildə işdən azad olunub. İşçinin işlədiyi dövr (2012-2013-cü illər) elektron informasiya sisteminin tətbiqindən öncəyə təsadüf etdiyi üçün məlumatlar ƏMAS altsistemində yerləşdirilməyib.

Digər məqam ondan ibarətdir ki, Əmək Məcəlləsinin tətbiq edildiyi bəzi iş yerləri üzrə elə vəzifələr var ki, elektron informasiya sisteminə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı” təsdiq edilib:

- Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr;

- təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr;

- seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr;

- prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr;

- kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.

Mİsal 3. İşçi 10 mart 2018-ci il tarixdən gömrük orqanında xüsusi rütbəli vəzifəli şəxs kimi çalışıb və 10 iyul 2022-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilib. Həmin vəzifə Prezidentin fərmanı ilə tənzimləndiyi üçün işçinin məlumatları elektron informasiya sisteminə daxil edilməyib.

Misallardan göründüyü kimi, işçinin əmək stajını müəyyənləşdirərkən ƏMAS altsistemindəki məlumatların əmək kitabçasını əvəz etməsini birmənalı şəkildə demək olmaz.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

T E M A T İ K  T Ə L İ M

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər