ƏMAS altsistemində əsas iş yeri olmayan işçini əlavə iş yeri üzrə işə götürmək olar?

ƏMAS altsistemində əsas iş yeri olmayan işçini əlavə iş yeri üzrə işə götürmək olar?

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsində işçinin əsas yeri olmadan əlavə iş yeri üzrə işə qəbul edilməsində hər hansı məhdudiyyət olmasa da, məntiqi olaraq ilk növbədə əsas iş yeri olmalıdır ki, sonra əlavə iş yeri imkanı yaransın.

Misal. İşçi işəgötürənə bildirir ki, yaxın zamanlarda əsas iş yerində işə düzələcəyi ehtimalı olduğu üçün, onun əmək müqaviləsində iş yerini əsas yox, gündə 2 saat olmaqla əlavə iş yeri kimi qeyd etsin. Bu zaman ƏMAS altsistemi işçinin əsas iş yeri olmadan əlavə iş yeri kimi qeyd edilməsinə məhdudiyyət bildirişi təqdim edir.

Bildirişdən göründüyü kimi, işçinin əsas iş yeri haqqında ƏMAS altsistemində məlumatlar olmadığı üçün işəgötürən həmin şəxsi əlavə iş yerinə işə cəlb edə bilmir.

Məlumat üçün bildirək ki, işçinin əlavə iş yerlərinin sayı ilə bağlı məhdudiyyətlər olmadığı üçün işçi istənilən sayda əlavə iş yerini ƏMAS altsistemində qeyd etdirə bilər. Həmçinin, əsas iş yeri üzrə faktiki çalışan işçinin əsas iş yerindən əlavə iş yerinə keçirilməsi ilə bağlı düzəlişin aparılması zamanı sistem tərəfindən hər hansı məhdudiyyət tətbiq edilmir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin addım-addım izahı

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Anar Ahmadov 20 Oktyabr 2022

    İşci özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müvəqqəti işə cıxmayan işçini əvəz edirsə (Əmək Məcəlləsinin 162-ci maddəsi ilə) bunu ƏMAS sistemində hansı qaydada qeyd etmek lazımdır?

Şərh yazın

Xəbərlər