Məzuniyyəti əmsallaşdırmayan işəgötürənin son ayın əmək haqqı əsasında hesablama aparması qanun pozuntusudur?

Məzuniyyəti əmsallaşdırmayan işəgötürənin son ayın əmək haqqı əsasında hesablama aparması qanun pozuntusudur?

Satışı bitən "Əməyin uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

İşəgötürən işçinin əmək məzuniyyətinin əmsallaşdırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilən “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması Qaydası”na riayət etməlidir. Bəzən işəgötürən kütləvi artım olmasına baxmayaraq, işçinin məzuniyyətinin əmsallaşdırılmasını həyata keçirmir və ən son əmək haqqı məbləğini əsas götürərək hesablama aparır.
Mİsal. İşçinin son 12 ayda əmək haqqı bir dəfə kütləvi və iki dəfə də fərdi artım hesabına yüksəlib. İşəgötürən əmsallaşdırma ilə bağlı hesablama həyata keçirmir və işçinin son əmək haqqı vasitəsilə məzuniyyət məbləğini müəyyən edir.
Dövlət Əmək Müfəttişliyinin yoxlaması zamanı məzuniyyət üzrə əmsallaşdırma həyata keçirilməməsi müəyyən edildikdə, dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsini 192.4-cü maddəsinə əsasən, işçinin məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə etmək hüququna malıikdir. Hətta, işəgötürən tərəfindən hesablanan məzuniyyət haqqı məbləği əmsallaşdırma tətbiq edildiyi hal üzrə çox olduğu halda da, dövlət qurumu qanunvericiliyin tələblərinə uyğun hesablama həyata keçirilmədiyi üçün inzibati cərimə tətbiq edə bilər.

 

Növbəti tematik TƏLİMİMİZ:
“Beşgünlük iş rejimindən iş vaxtının cəmlənmiş uçotunadək”
Tarix: 15 oktyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) "ƏMAS platforması: A-dan Z-yə"
2) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
3) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışı bitib)
7) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
8) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər