İşçi işə qəbul zamanı ərizə necə tərtib olunmalıdır? (3 HAL)

İşçi işə qəbul zamanı ərizə necə tərtib olunmalıdır? (3 HAL)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçinin işə qəbulu zamanı ərizə yazması barədə tələb yoxdur. Ancaq daxili sənədləşmə, təşkilatdaxili sənəd dövriyyəsinin təşkili və kargüzarlığın aparılması üçün ərizənin yazılması vacibdir.

Müəssisə və təşkilatlarda işəgötürənlə işçi arasında münasibətlərin rəsmiləşdirilməsinə əsas verən yeganə sənəd əmək müqaviləsidir. Əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Müqavilə, adətən  tərəflərin hər birində bir nüsxə olmaqla 2 nüsxədə bağlanılır.

Əmək qanunvericiliyinin tələblərinə görə, əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.

İşçinin işə qəbulunun rəsmiləşdirilməsi ilə bağlı tələb olunan sənədlərin nümunəvi formalarını ardıcıllıqla təqdim edirik.

Ərizə nümunələri: əsas iş yeri

 

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Quliyev Rza Əşir oğlu

(şəxsiyyət vəsiqəsinin göstəriciləri yazılır)

tərəfindən

 

ƏRİZƏ

 

Xahiş edirəm məni “Alov” MMC-də mühəndis vəzifəsinə işə götürəsiniz.

___________ Quliyev R.Ə.

 

Tarix: ________

Ərizə nümunələri: əvəzçilik üzrə əlavə iş yeri

 

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Quliyev Rza Əşir oğlu

(şəxsiyyət vəsiqəsinin göstəriciləri yazılır)

tərəfindən

 

ƏRİZƏ

Xahiş edirəm, məni 1 sentyabr 2019-cu il tarixdən, həftəlik iş vaxtı rejimi çərşənbə axşamı və cümə axşamı saat 14:00-dan 16:00-dək olmaqla, əvəzçilik üzrə mühasib vəzifəsinə işə qəbul edəsiniz.

 

___________ Quliyev R.Ə.

 

15 avqust 2019-cu il

————————————————————————————-

Ərizə nümunələri: 15 yaşdan 18 yaşadək işçinin işə qəbulu

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Quliyev Rza Əşir oğlu

(şəxsiyyət vəsiqəsinin göstəriciləri yazılır)

tərəfindən

 

ƏRİZƏ

Xahiş edirəm, məni gündə 4 saat natamam iş vaxtı olmaqla (saat 14:00-dan 18:00-dək) həftədə 6 günlük iş vaxtı  rejimi ilə “Alov” MMC-də kuryer vəzifəsinə işə qəbul edəsiniz.

Qoşma: Atam, Quliyev Əşir Rza oğlunun razılıq ərizəsi,

1 vərəq, 1 nüsxə.

___________ Quliyev R.Ə.

 

15 avqust 2019-cu il

Ərizə nümunələri: 15 yaşdan 18 yaşadək işçinin işə qəbulu ilə bağlı valideyninin razılıq ərizəsi

 

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Quliyev Əşir Rza oğlu

(şəxsiyyət vəsiqəsinin göstəriciləri yazılır)

tərəfindən

 

RAZILIQ ƏRİZƏSİ

 

13 avqust 2004-cü il təvəllüdlü oğlum Quliyev Rza Əşir oğlunun gündə 4 saat iş vaxtı olmaqla (saat 14:00-dan 18:00-dək) həftədə 6 günlük iş vaxtı rejimi ilə “Alov” MMC-də kuryer vəzifəsində işləməsinə etiraz etmirəm.

Oğlumun göstərilən iş rejimi ilə işləməsinin onun orta təhsillə bağlı davamiyyətinə heç bir maneəçilik yaratmayacağına təminat verirəm.

 

___________ Quliyev Ə. R.

 

15 avqust 2019-cu il

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın

    Xəbərlər