Cümə axşamı, 28 İyul 2022 06:17

İşçinin başqa iş ünvanına göndərilməsi əmək şəraitinin dəyişməsi anlamına gəlir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əsasən konsaltinq xidməti göstərən təşkilatlarda rast gəlinir ki, işə qəbul olunan işçi öz ofisində yox, tərəfdaşlıq etdiyi müəssisənin ünvanında çalışır. Sonradan tərəfdaş təşkilat dəyişdiyi halda, işçinin iş ünvanı da dəyişir. Eyni halı mağazalarda satıcı işləyən şəxslərə də şamil etmək olar. Prosesin bu cür olması işçinin əmək şəraitinin dəyişməsi anlamına gəlir, yoxsa işəgötürənin işçinin iş yerini dəyişmək hüququ var?

Bu halda işəgötürənlə işçinin arasında bağlanılmış əmək müqaviləsinə baxmaq lazımdır. Əgər işəgötürən əmək müqaviləsində qeyd edibsə, işçinin iş yeri təşkilatın xidmət göstərdiyi iş yerləridir, bu zaman işçinin xidmət üçün başqa ərazilərə göndərilməsi problem yaratmır. Əks halda, işçinin iş yeri baş ofis olaraq göstərilib, amma filiala və ya xidmət göstərdiyi iş yerinə göndərilirsə, bu, əmək şəraitinin dəyişməsi hesab oluna bilər.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Şərh yazın