Əmək kitabçasının titul vərəqi necə tərtib olunmalıdır?

Əmək kitabçasının titul vərəqi necə tərtib olunmalıdır?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Titul vərəqində işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası barədə qeydlər təsdiqedici sənədlərə əsasən aparılır.

Titul səhifəsinin doldurulmuş nümunəsini növbəti səhifədə təqdim edirik:

 

  1. Titul vərəqi

                Azərb. Resp. ƏMƏK KİTABÇASI

Dövlət Gerbi seriya nömrəsi: ____________________________

Soyadı: _ _______________ Əhmədova ______________________

Adı: _ _____________ Nazimə _____________________________

Atasının adı: _______Mirzə______________________________

Doğulduğu il: ______03.11.1999___________________________

                                     (gün, ay, il)

Təhsili __Natamam ali___________________________________

(başa çatdırılmamış ümumi təhsil, tam orta, _________________________________________________

orta ixtisas, natamam ali, ali) peşəsi, ixtisası ___________mühasib__________________________

əmək kitabçasının doldurulduğu tarix “_11___”___yanvar_______________ 2019___ il

Əmək kitabçası sahibinin imzası ________________________

Əmək kitabçası verən məsul şəxsin imzası ________________

M.Y.

  Qeyd edək ki, əmək kitabçasını ilk dəfə dolduranda titul səhifəsində qeyri-dəqiqliyə yol verdikdə səhv düzəldilmir, əmək kitabçası ləğv edilir, yenisi yazılır. Qanunvericilikdə əmək kitabçasının titul vərəqinə düzəliş edilməsi ilə bağlı yazılır: “İşçinin soyadının, adının, atasının adının əmək kitabçasında dəyişdirilməsi son iş yerində işəgötürən tərəfindən müvafiq sənədlərə əsasən aparılır. Belə halda hansı sənədlərə istinad edilməsi göstərilməlidir. Dəyişikliklər əmək kitabçasının birinci səhifəsində edilir. Təhsil, peşə, ixtisas haqqında dəyişikliklər də eyni qaydada aparılır.”

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər