İşçinin iş vaxtından artıq vaxtda görülәn işlәrә cәlb olunması necə rəsmiləşdirilməlidir?

İşçinin iş vaxtından artıq vaxtda görülәn işlәrә cәlb olunması necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Kifayәt qәdәr bidiriş forması tәqdim etdik. Növbәti sәnәd forması iş vaxtından artıq işә cәlb olunmanı rәsmilәşdirәn әmrdir.

Blank “Alov” MMC

ӘMR

№________

Beylәqan şәhәri                                                                               03 iyul 2020-ci il

İşçinin iş vaxtından artıq vaxtda görülәn işlәrә cәlb olunması haqqında

03 iyul 2020-ci il tarixindә gecә saat 05:00-da “Alov” MMC-nin anbarında baş vermiş yanğının nәticәlәrinin aradan qaldırılması mәqsәdilә iş vaxtından artıq işlәrin görülmәsi ilә bağlı “Alov” MMC-nin Texniki şöbәsinin mühәndisi Rüstәmova Samirə Süleyman oğluna ünvanlanmış bildirişә işçinin razılığını nәzәrә alaraq

ӘMR EDİRӘM:

  1. Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 99-cu maddәsinin ikinci hissәsinin vә 101-ci maddәsinin birinci hissәsinin “a” bәndinin tәlәblәrinә uyğun olaraq Rüstәmov Hәbib Süleyman oğlu 03-04 iyul 2020-ci il tarixlәrindә saat 19:00-dan 21:00-dәk iş vaxtından artıq işlәrin görülmәsi üçün işә çıxsın.
  2. Baş mühasib Sәlimova Sultanә Sahib qızı işçiyә iş vaxtından artıq işә cәlb olunduğu hәr saata görә saatlıq tarif (vәzifә) maaşının iki qatı mәblәğindә әmәk haqqı ödәnilmәsini tәmin etsin.
  3. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin müdiri Nağızadә Nazlı Hәsәnağa qızına tapşırılsın.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Sәlimova S.S.

03 iyul 2020-ci il

__________ Rüstәmova S.S.

03 iyul 2020-ci il

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər