Ştat cədvəlində yeni struktur və ştat vahidinin yaradılması necə rəsmiləşdirilməlidir?

Ştat cədvəlində yeni struktur və ştat vahidinin yaradılması necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Hesab edək ki, təşkilatımızın ştat cədvəlində “Redaktorluq” adlı yeni struktur vahidi (bölməsi) yaradılmalıdır. İşəgötürən “Redaktorluq” struktur bölməsində (şöbəsində) 1 ştat vahidi olmaqla yeni– “Baş redaktor” adlı vəzifə yaratmaq istəyir Bu halda növbəti səhifədəki formada əmr tərtib etmək lazım gələcək:

 

Blank “Alov” MMC

ƏMR

№________

Bakı şəhəri                                                          ____ _______________2020-ci il

Ştat cədvəlində dəyişiklik edilməsi haqqında

“Alov” MMC-nin təşkilatı strukturunun təkmilləşdirilməsi məqsədilə

 ƏMR EDİRƏM:

  1. Cəmiyyətin direktorunun ____ ______ 2020-ci il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 1 yanvar-31 dekabr 2020-ci iş ili üçün Ştat cədvəlində aşağıdakı qaydada dəyişiklik edilsin:
  2. Ştat cədvəlində “Redaktorluq” adlı yeni struktur vahidi (bölməsi), tam iş yeri norması ilə 1 (bir) ştat vahidi “Baş redaktor” vəzifəsi yaradılsın və vəzifə üzrə aylıq əmək haqqı 800 (səkkiz yüz) manat təyin edilsin.
  3. Yeni struktur vahidi ilə bağlı zəruri məlumatlar elektron qaydada “Məşğulluq” alt sisteminə daxil edilsin.
  4. Dəyişiklik 15 may 2020-ci il tarixdən qüvvəyə minsin.
  5. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Nəbili N.N.

Tarix: ________

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər