Əmək kitabçasından çıxarış necə hazırlanır?

Əmək kitabçasından çıxarış necə hazırlanır?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Sənədlərdən edilən çıxarışların və onların surətlərinin təsdiqlənərək işçilərə verilməsi barədə əvvəlki fəsillərdə yetərli məlumat təqdim etmişik. Bəzən təcrübədə işçilərə əmək kitabçasında əks etdirilən məlumatlardan bəzisi, məsələn illik və ya bir neçə illik, lazım olur. Bu zaman əmək kitabçasından çıxarış edilir, müvafiq qaydada təsdiqlənməklə işçiyə təqdim olunur.

Əmək kitabçasından çıxarış təşkilatın blankında hazırlanır. Əgər çıxarış bir vərəqdən ibarətdirsə, onu tərib edən məsul işçi səhifənin sonunda çıxarışın məzmununu imzası ilə təsdiq edir, möhür vurulur. Yox, əgər vərəqlərin sayı çoxdursa, o zaman nömrələnir, hər vərəqə imza atılır və sonuncu səhifədə çıxarışdakı vərəqlərin sayı haqında məlumat qeyd olunmaqla imza çəkilir, möhür vurulur.

Çıxarışın ilk səhifəsində, yuxarıda mütləq işçinin əmək kitabçasının titul vərəqindəki məlumatlar əks etdirilir. Daha sonra işçiyə lazım olan dövrlə bağlı məlumatlar göstərilir. Əgər işçinin çıxarış istədiyi dövrə hazırkı işi haqqında məlumat da daxildirsə, o zaman həmin məlumatın sonunda “hazırda işləyir” qeydi yazılır.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər