İşçinin əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşməsi necə tənzimlənməlidir?

İşçinin əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşməsi necə tənzimlənməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İşçinin əmək məzuniyyəti ilə sosial məzuniyyətinin bir vaxta düşməsi praktikada rast gəlinən hallardandır. Əmək Məcəlləsi sosial məzuniyyət hüququ olan işçilərə işəgötürənlə əmək münasibətlərində müəyyən öncəliklər tanıyır ki, onlardan biri də əmək məzuniyyəti ilə sosial məzuniyyətin eyni vaxta təsadüf etməsi halında əmək məzuniyyətinin başqa vaxta keçirilməsidir. Nümunəvi sənədlərin təqdimi zamanı sual yaranmaması üçün qeyd edək ki, sosial məzuniyyətlər dedikdə, hamiləliyə və doğuşa görə məzuniyyət, uşaqları övladlığa götürmüş qadınların məzuniyyəti və qismən ödənişli sosial məzuniyyət başa düşülür.

Bir nümunə üzərindən fikrimizi sadə şəkildə izah edək. Tutaq ki, işəgötürən yanvar ayında işçi ilə razılaşır ki, onun əmək məzuniyyəti iyul ayının 17-də təqdim edilsin. Ancaq iyun ayında məlum olur ki, qanunvericiliklə işçiyə hamiləliyə və doğuşa görə təqdim edilməli olan 126 təqvim günlük (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) məzuniyyətlə əmək məzuniyyəti üst-üstə düşür. Bu zaman işçi məzuniyyətlərin növbəlilik qrafikində dəyişiklik olunması üçün işəgötürənə aşağıdakı məzmunda ərizə ilə müraciət etməlidir.

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Kadrlarla iş şöbəsinin mütəxəssisi

Quliyeva Əsmər Qadir qızı tərəfindən

ƏRİZƏ

2019-cu il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafikində ___ ______2019-cu ildən ___ ________2020-ci ilə kimi olan iş ili üçün 17 iyul 2019-cu il tarixindən 15 avqust 2019-cu il tarixinədək nəzərdə tutulan 30 təqvim günü əmək məzuniyyətimin (əsas və əlavə məzuniyyət müddəti göstərilməklə) sosial məzuniyyətimlə eyni vaxta düşməsi səbəbindən əmək məzuniyyətimin tam şəkildə növbəti təqvim ilində təqdim olunmasını xahiş edirəm.

Qoşma: Bakı şəhəri _______ rayonu ____ №-li Qadın məsləhətxanasının təsdiq etdiyi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı Xəstəlik vərəqəsi, 1 (bir) vərə, 1 (bir) nüsxə.

___________ Quliyeva Ə.Q.

Tarix: ________

Daha sonra təqdim edilən ərizəyə müvafiq olaraq əmr hazırlanır və Əmək məzuniyyətlərinin növbəlilik cədvəlində dəyişiklik edilir. Əmrin şərh hissəsində tarix göstərilməklə işçinin ərizəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 134.3-cü maddəsinin “b” bəndinə istinad olunmalıdır.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər