Dövlət Əmək Müfəttişliyi Xidməti hansı hallarda işəgötürəndə yoxlamalar həyata keçirə bilər?

Dövlət Əmək Müfəttişliyi Xidməti hansı hallarda işəgötürəndə yoxlamalar həyata keçirə bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək münasibətləri ilə bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati məsuliyyətlər haqqında məlumat verməmişdən öncə bir vacib məqama toxunmaq istərdik. Dövlət Əmək Müfəttişliyi Xidmətinın yoxlamalar həyata keçirməklə bağlı hansı səlahiyyətləri var?

Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 386 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə” təsdiq edilib. Həmin Əsasnamədə qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Göründüyü kimi, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək münasibətləri ilə bağlı dövlət nəzarəti həyata keçirmək hüququna malik olan dövlət qurumudur. Yoxlamalarla bağlı qanunvericiliyin digər tələblərini də nəzərdən keçirək.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununa əsasən, 1 noyabr 2015-ci ildən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb. Qanunda qeyd edilib ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.

Əgər 2023-cü ildən yoxlamalara icazə veriləcəksə, o zaman Dövlət Əmək Müfəttişliyi Xidmətinin növbəti və ya növbədənkənar yoxlamalarının əhatə dairəsi öncəki illəri əhatə edə bilməz. Hazırda Xidmət yalnız şikayətlər əsasında yoxlamalar həyata keçirə bilər.

Mİsal. İşçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib ki, işəgötürən onunla son haqq-hesab aparmayıb. Bu halda dövlət qurumu işəgötürənin digər işçilərin məzuniyyət hüququnun düzgün həyata keçirilib-keçirilməməsini araşdıra bilməz.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

2 Komment

  1. Jale 17 Oktyabr 2022

    Salam uzurlu sayin narahat edirem.Men hazirda ozel sektorda calisiram.emek muqavilesiynen isleyrem.lakin muduriyyet meni yola vermir.Ozum ana olmaga hazirlasiram,emek mecelessinin 79 cu maddesine esasen hamile qadini isden cixartmaq ve yaxud diger sebeblerle hede gelinmemelidi.xahis edrem menim isime baxlsin

  2. Hokuma 06 Dekabr 2022

    Salam.Dedim belke burada sualima cavab vere bilerler.Men noyabrin 1 is yerime 126gunluk dikret kagizi teqdim eledim.20 gunnen sonra 142 elaqe saxladim ki melumat almaq ucun bes menim illik hesabatimi teqdim edibler ya yox.Melumat aldim ki olunub amma sehvler var muhasibat terefinnen.Mesele ele bir yerdedir ki 15 dekbra emeliyyat teyin olunub.Sirketime muraciyyet edirem ki imkan daxilinde tezlesdirsinler ve sossiala gondersinler hesabati.Lakin mene oldu cavadlbi deyilir amma tetbir gormurler.Men necese onu tezlesdire bilerem?Cunki onlar hesabati gonderince , sossial 10 gun erzinde yoxlayinca gec olur mene, amma maddi cehetden o pula ehtiyacim var. Cox sag olun.

Şərh yazın

Xəbərlər