Sosial məzuniyyətdə olan işçinin əvəzinə müvəqqəti olaraq cəlb edilən şəxsin rəsmiləşdirilməsi

Sosial məzuniyyətdə olan işçinin əvəzinə müvəqqəti olaraq cəlb edilən şəxsin rəsmiləşdirilməsi

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işçinin hər hansı üzrlü səbəbdən işdə olmaması zamanı onun yerinə müvvəqqəti olaraq yeni işçinin işə qəbuludur. Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasına zərurət yarandıqda müddətli əmək müqaviləsi imzalana bilər.

Bu məsələ ilə bağlı kargüzarlığın aparılmasında ciddi çətinlik olmasa da, bir vaxtlar elektron informasiya sistemində prosesin icrası kargüzarlığın tələblərinə uyğun gəlmirdi. Çünki elektron informasiya sistemi işəgötürəni məcbur edirdi ki, yeni ştat vahidi yaratsın. Amma ştat cədvəlində yeni işçi üçün ştat vahidi yaradılmasına ehtiyac yox idi, çünki işçi vəzifəsindən müvəqqəti olaraq ayrılırdı.

Bu problemin aradan qaldırılması üçün elektron informasiya sisteminə müvafiq düzəlişlər həyata keçirilib. Prosesin elektron sistemdə necə həyata keçirilməsinin izahından öncə daxili kadr kargüzarlığının aparılmasına baxaq.

Bir məsələni qeyd edək ki, əmək qanunvericiliyində işçinin hansı müddətdə üzrlü səbəbdən işdə olmadığı hallarda əvəz edilməsi ilə bağlı konkret tələb nəzərdə tutulmayıb. Mümkündür ki, işçi 1 ay və ya 1 il müddətinə hər hansı üzrlü səbəbdən işdə olmadığı halda onun vəzifəsinin yerinə yetirmək üçün yeni işçi cəlb olunsun. Həmçinin məzuniyyətdə olan işçi siyahı üzrə işçi sayına aid edilməlidir, sadəcə işəgötürən tərəfindən təqdim edilən vahid bəyannamədə işləmədiyi günlərin sayı və səbəbi qeyd edilir.

Kargüzarlıq prosesinin həyata keçirilməsi zamanı növbəti səhifədəki formada əmr verilir:

 

Blank “Alov” MMC

ӘMR

№________

Bakı şәhәri                                                 ____ ___________2020-ci il

İşçinin müvəqqəti işә qәbul olunması haqqında

Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 81-ci maddәsinin 1-ci bәndinә vә Quliyev Rza Әşir oğlu ilә bağlanılmış ___ ________2020-cu il tarixli vә ___№-li әmәk muqavilәsi bildirişinә әsaslanaraq

ӘMR EDİRӘM:

  1. Quliyev Rza Әşir oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə uyğun olaraq ___ __________ 2020-ci il tarixdәn ___ __________ 2021-ci il tarixinə kimi, 12 (on iki) ay müddətində “Alov” MMC-də kargüzar vәzifәsinә işə qəbul edilsin.
  2. İşçi ___ __________ 2020-ci il tarixdәn işə başlasın.
  3. İşcinin aylıq vәzifә maaşı ştat cәdvәlinә uyğun olaraq 450 (dörd yüz əlli) manat muәyyәnlәşdirilsin.
  4. Müvəqqəti işə çıxmayan işçi bir ildən tez işə qayıtmaq üçün müraciət edərsə, işçinin əmək müqaviləsinə nəzərdə tutulan müddətdən öncə xitam verilsin.
  5. İşçi vəzifə təlimatı ilə tanış edilsin.
  6. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına hәvalә olunsun.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Quliyev R.Ә.

Tarix: ________

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər