Cümə, 24 İyun 2022 05:24

Vəfat edən işçinin əmək müqaviləsinin xitam tarixi və ödəniş olunacaq şəxsin müəyyən edilməsi

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Mİsal İşçi 10 fevral 2022-ci ildə əmək qabiliyyətini müvəqqəti itirib və ona xəstəlik vərəqəsi açılıb. İşçi 15 fevral 2022-ci ildə vəfat etsə də, qohumları 22 fevral 2022-ci il tarixinə tərtib edilən ölüm şəhadətnaməsini 29 fevral 2022-ci il tarixdə işəgötürənə təqdim edib. Bu zaman işəgötürən əmək müqaviləsinə xitamın tarixini necə müəyyənləşdirməlidir?

Vəfat edən işçi ilə bağlı əmək müqaviləsinin xitam tarixinin elektron informasiya sistemində qeyd edilməsi də problemli məsələlərdən biridir. Çünki əmək müqaviləsinə xitam bildirişi məlumatın daxil edildiyi tarix hesab olunduğundan işəgötürən xitam prosesini öncəki tarixə həyata keçirə bilmir. Bu halda işəgötürən elektron informasiya sisteminə məsul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq sənədlərlə rəsmi müraciət etməlidir ki, öncəki tarixə xitam verilməsinə şərait yaradılsın.

Bəzi hallarda işəgötürən korporativ sosial məsuliyyət tədbiri kimi işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildiyi tarixədək əmək haqqını ödəyir.

Vəfat edən işçi ilə bağlı ödənişlərin kimə edilməsi son zamanların mübahisə yaradan mövzularındandır. Əmək Məcəlləsinin 77-ci maddəsinin yedinci hissəsində qeyd edilir ki, İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.

Maddədə konkret olaraq vərəsələr qeyd ediliyi üçün işəgötürən 6 aylıq müddəti gözləməli, yoxsa ödənişi dəfni təşkil edən şəxsə və ya vəfat edən şəxsin həyat yoldaşına (övladına) etməlidir?

Bəzən olur ki, vəfat edən şəxsin ailəsi xaricdə olduğundan dəfn prosesində iştirak etmir və dəfnlə bağlı xərclər vəfat edənin yaxın qohumu tərəfindən həyata keçirilir. Sonradan həmin ödənişin vəfat edənin ailə üzvünə ödənilməsi müəyyən narazılığa səbəb olur. Əgər işəgötürən hər hansı problem görmürsə, ödənişi ailə üzvlərinin razılığı ilə müəyyən edilən şəxsə ödəyə bilər. İşəgötürən sonradan hər hansı narazılıq yaranmaması üçün, notariusdan vərəsələrin müəyyən olunması haqqında sənəd əsasında vəsaiti vərəsələrin payına uyğun ödəyə bilər. Fikrimizcə, işəgötürən üçün nə qədər çətin olsa da, vəfat edən şəxsin ailə vəziyyəti ilə bağlı situasiyanı qiymətləndirərək ödənişi etməsi daha düzgün olardı.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Şərh yazın