Nağdlaşdırmaya görə sadələşdirilmiş vergi necə hesablanır?

Nağdlaşdırmaya görə sadələşdirilmiş vergi necə hesablanır?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu maddə ilə bağlı diqqət yetiriləsi məqamlar aşağıdakılardır:

1) Bu vergi sırf vergi ödəyicilərinə aid olduğundan adi vətəndaşların nağd pul çıxarmasına görə vergi tutulmur.

Mİsal. Tutaq ki, “A” MMC işçinin əmək haqqı kartına 500 manat ödəyir, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Və ya hansısa vətəndaşa pul köçürmələri vasitəsilə vəsait daxil olduqda, həmin vəsatin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdiirlmiş vergi hesablanmır.

2) Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb.

Yəni, istər kənd təsərrüfatı ilə, istərsə də ixrac və ya istehsal fəaliyyəti ilə məşğul olanlar bank hesabından nağd pul çıxardıqda 1 faiz  sadələşdirilmiş vergi ödəməlidir. Eyni hal vergi ödəyicisinin bank hesabından çıxarılan nağd pulun təyinatı ilə də bağlıdır. Vergi ödəyicisinin hesabından əmək haqqı və ya təsərrüfat fəaliyyəti ilə bağlı  nağd pul çıxarılması hallarında da 1 faiz vergi tutulur.

3) Dövlət təşkilatları və bələdiyyələrin bank hesablarından vəsaitin çıxarılması zamanı 1 faiz  sadələşdirilmiş vergi tutulmamalıdır.

Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir. Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir edənlər də, bank hesabından vəsaiti nağdlaşdırdıqda, 1 faiz vergi ödəməməlidirlər.

Bank hesabından vəsaitin çıxarılması ilə bağlı hesablanan 1 faizlik sadələşdirilmiş vergi ilə bağlı hesabatı bank hesabına malik olan vergi ödəyicisi vermir, bank “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi”ni təqdim edir.

Vergi ödəyicisi bank hesablarından nağdlaşdırmaya görə ödədiyi 1 faiz dərəcəsi ilə tutulan sadələşdirilmiş vergi xərcini gəlirdən çıxılan xərclərə aid etməlidir. Yəni, gəlir və ya mənfəət vergisi ödəyicisi müvafiq bəyannamə və cari vergi arayışlarında bu məbləği xərc kimi qeyd edə bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın

    Xəbərlər