Aktın hazırlanması zamanı diqqət yetiriləsi VACİB MƏQAMLAR

Aktın hazırlanması zamanı diqqət yetiriləsi VACİB MƏQAMLAR

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

-              İstənilən akt 2 və daha çox şəxs tərəfindən imzalanmalıdır;

-              Əgər akt üçün qanunvericilikdə xüsusi forma nəzərdə tutulmuşsa, mütləq həmin formada tərtib olunmalıdır. Bütün digər aktlar təşkilatın blankında rəsmiləşdirilir;

-              Aktın tarixi onun tərtib olunduğu tarixdir. Əgər aktın tərtib olunmasından əvvəl işlər görülmüşsə, (bu, inventarizasiya, avadanlıqların sınaqdan keçirilməsi və sair üçün xarakterikdir) o zaman aktın mətnində bu period göstərilməlidir;

-              Aktın başlığı “nə haqqında?” və “nə?” suallarına cavab verə bilər. Məsələn, “Materialların silinməsi haqqında akt” və yaxud “Yerinə yetirilmiş işlərin qəbulu aktı” və sair;

-              Aktın mətni onun tərtib olunması əsasının göstərilməsi ilə başlanılır. Bu əsas müqavilə, əmr, hansısa normativ sənəd ola bilər;

-              Aktın girişində komissiyanın üzvləri və ya aktın tərtib olunmasında iştirak edənlər sadalanmalı, sədr ayrıca qeyd olunmalıdır. Komissiya üzvlərinin sıralanması, vəzifələri göstərilmədikdə əlifba sırası ilə aparılır;

-              Aktın mətnində aktın tərtib olunmasına əsas verən situasiyanın, faktın inkişafı əks etdirilməli, sonda nəticələr çıxarılmalıdır;

-              Aktın mətninin cədvəl şəklində verilməsinə, mətnin abzas və punktlara ayrılmasına icazə verilir. Yaxşı olar ki, aktların tərtibi zamanı “biz, aşağıda imza edənlər”, “hazırki aktı ona görə tərtib etdik ki” kimi köhnəlmiş  ifadə vasitələrindən qaçasınız.

-              Aktın nüsxələrinin sayı əgər normativ sənəddə təsbit edilməmişsə, o zaman maraqlı tərəflərin sayı ilə müəyyən edilir;

-              Əgər akta əlavə nəzərdə tutulmuşsa (çox rast gəlinməsə də, mümkün variantdır), bu barədə qeyd imzadan əvvəl yazılır.

-              Aktı bütün komissiya üzvləri və ya onun tərtibində iştirak edən bütün iştirakçılar imzalamalıdırlar. İmza yerində komissiya üzvlərinin vəzifələrinin göstərilməsinə ehtiyac yoxdur (ancaq göstərilməsinə də hər hansı qadağa qoyulmur), imzalar aktın mətnindəki aradıcıllıqla verilməlidir;

-              Əgər kimsə aktın məzmunu ilə razı deyilsə belə, o, mütləq aktı imzalamalıdır. Narazı üzv (və ya tərəf) qeydini yazıb imza atmalıdır. Komissiya üzvünün qeydi ayrıca vərəqdə yazılır və akta əlavə olunur;

-              Fəaliyyəti sənəddə əks olunan (maraqlarına toxunulan) şəxs aktla mütləq tanış edilməlidir. İmzalardan aşağıda yazılmalıdır: “Aktla tanış edildi (lər):”. Bundan sonra maraqlı tərəflərin aktla tanış olmasını sübut edən imzalar atılmalıdır;

-              Bəzi aktlar var ki, qüvvədə olan normativ sənədlərin tələblərinə görə, rəhbər tərəfindən təsdiq edilməlidir. Kargüzarlıqla bağlı normalara uyğun olaraq təsdiq qrifi aktın birinci vərəqinin sağ yuxarı küncünə yerləşdirilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın

    Xəbərlər