Təhməz Qaçayevın təqdimatında: Sadələşdirilmiş vergi ödəyicilərinin elektron qaimə-faktura ilə əməliyyatların rəsmiləşdirilməsi

Təhməz Qaçayevın təqdimatında: Sadələşdirilmiş vergi ödəyicilərinin elektron qaimə-faktura ilə əməliyyatların rəsmiləşdirilməsi

Sadələşdirilmiş verginin tətbiqi ilə bağlı sahibkarlar müəyyən suallarla qarşılaşırlar. Bu suallardan birinə “vergiler.az” üçün Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin, 218.5.10-cu maddəsinə əsasən isə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Bu maddələrdə göstərilən əməliyyatlar elektron qaimə-faktura ilə rəsmiləşdirilən əməliyyatlardır.

Misal 1: Topdansatış fəaliyyəti ilə məşğul olan fərdi sahibkar 60.000 manatlıq mal təqdim edib. Həmin şəxs bu təqtimetmədən sadələşdirilmiş vergi ödəmək hüququna malik deyil. O, gəlirlərindən gəlir vergisi ödəməlidir.

Misal 2: Mühasibat xidmətləri göstərən “A” şirkəti vergi ödəyicilərinə konsultasiya xidməti göstərməsindən 10.000 manat gəlir əldə edib. Şirkətin bu gəlirlərindən sadələşdirilmiş vergi ödəmək hüququ yoxdur.

Bəs vergi ödəyicisi həm kassa çeki (qəbz), həm də elektron qaimə-faktura ilə rəsmiləşən əməliyyat həyata keçirərsə, bu halda sadələşdirilmiş vergi ödəmək hüququ yaranırmı?

Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, malların təqdim edilməsini pərakəndə satış qaydasında həyata keçirən vergi ödəyicisi, eyni zamanda, malların satışını topdansatış qaydasında həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda vergi ödəyicisinin sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır

Məcəllənin 218.6.2-ci maddəsində isə göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda onun sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Misal 3: Fərdi sahibkar həm pərakəndə satış qaydasında, həm də topdansatış qaydasında malların təqdim edilməsi ilə məşğuldur. Onun rüb ərzində ümumi ticarət əməliyyatlarının həcmi 100.000 manat, elektron qaimə-faktura (topdansatış) ilə rəsmiləşdirilən əməliyyatlarının həcmi isə 25.000 manat olub. Bu fərdi sahibkarın sadələşdirilmiş vergi metodu tətbiq etmək hüququ varmı?

Bu halda elekron qaimə-faktura ilə rəsmiləşən əməliyyatların həcmi ümumi ticarət əməliyyatının 30 faizini keçmədiyinə görə fərdi sahibkar sadələşdirilmiş vergi metodu tətbiq edə bilər.

Ümumi ticarət əməliyyatlarının 30 faizi = 100.000x30% = 30.000 manat

25.000 < 30.000

Qeyd edək ki, ümumi ticarət əməliyyatı dedikdə pərakəndə satış və topdansatış əməliyyatlarının cəmi başa düşülür.

Bəs vergi ödəyicisi sadələşdirilmiş vergi metodu tətbiq edəcəyi halda nə qədər sadələşdirilmiş vergi ödəməlidir? Nəzərdən keçirdiyimiz halda, əgər onun heç bir debitor borcu yaranmamışdırsa, 2.000 manat (100.000 x 2% ) sadələşdirilmiş vergi ödəməlidir.

Göstərilən izahı xidmətlərə də aid etmək mümkündür.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın

    Xəbərlər