İşəgötürən ehtiyatda olan hərbçinin əmək stajını nəzərə almalıdır?

İşəgötürən ehtiyatda olan hərbçinin əmək stajını nəzərə almalıdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək kitabçası ilə bağlı bir maraqlı məqam da Əmək Məcəlləsinin şamil olunmadığı şəxslərlə bağlıdır. Əmək Məcəlləsinin 6-cı maddəsində Məcəllənin şamil olunmadığı şəxslər müəyyən edilib. Məsələn, hərbi qulluqçular, məhkəmə hakimləri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları və bələdiyyələrə seçilmiş şəxslər.

Mİsal. 20 il stajı olan hərbçi təqaüdə çıxdıqdan sonra özəl müəssisədə mühafizəçi vəzifəsinə qəbul edilir. Əmək kitabçası olmadığı üçün işçi arayış təqdim edir ki, 20 illik stajı var. Bu zaman işçiyə Əmək Məcəlləsinin 116-cı maddəsinə uyğun olaraq əlavə məzuniyyətin hesablanması nəzərdə tutulmayıb. Çünki Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə əsasən müəyyən edilir.

Hərbçinin əvvəlki iş yerində işə qəbulu əmək müqaviləsinin bağlanması ilə həyata keçirilmədiyi üçün, 116-cı maddənin tələbləri ona şamil olunmayacaq.  Çünki hərbçi qulluq illərinə görə təminatını dövlətdən əldə edib.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

0 Komment

    Şərh yazın

    Xəbərlər