Qısaldılmış iş vaxtının işçilərin tətbiq edilməsində VACİB MƏQAMLAR

Qısaldılmış iş vaxtının işçilərin tətbiq edilməsində VACİB MƏQAMLAR

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Qısaldılmış iş vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müəyyənləşdirdiyi xüsusi kateqoriyalı işçilərə, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətlərinə uyğun olaraq təyin edilir. Aşağıdakı işçilər qısaldılmış iş vaxtı güzəştindən istifadə etmək hüququna malikdirlər:   

- 16 yaşınadək işçilər (həftəlik 24 saatdan çox olmamaqla);

- 16 yaşdan 18 yaşadək işçilər, 1-ci, 2-ci qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər (həftədə 36 saatdan artıq olmamaqla);

 - Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər (həftəlik 36 saatdan çox olamamqla);

- Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (məsələn, həkimlər, müəllimlər, elektrotexniki qurğularda, cihazlarda çalışanlar) işləyənlər (həftə ərzində 36 saatdan çox olmamaq şərtilə).

İşçi üçün qısaldılmış iş vaxtı əmək müqaviləsində, kollektiv müqavilədə və digər normativ aktda nəzərdə tutla bilər. Bəzi işçilər işə qəbul olunanda onlara münasibətdə əmək şəraiti şərtlərinə qısaldılmış iş vaxtı təyin edilməlidir. Məsələn, işçinin yaşı 18-dən aşağıdırsa, 1-ci, 2-ci qrup əlildirsə, zərərli istehsalat sahəsində çalışırsa, poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, tibb məntəqələrində, stansiyalarda, bölmələrdə və kabinetlərdə, doğum evləri və xəstəxanalarda xəstələrin ambulator qəbulu ilə məşğul olan həkimdirsə və sair.

Ancaq mümkündür ki, işçi işə qəbul edildikdən bir neçə ay sonra hamilə olduğuna görə qısaldılmış iş vaxtı hüququndan faydalansın. Bu üstünlük hüququnu ona Əmək Məcəlləsi verir.  Bu zaman, birinci növbədə işçinin ərizəsi əsasında müqaviləsinə əlavə razılaşmanın imzalanması və iş vaxtının həftəlik 36 saatdan az olmasının həmin sənəddə əks etdirilməsi lazımdır, daha sonra bu dəyişiklik əmrlə rəsmiləşdirilməlidir.

Praktikada hamilə işçilərin qısaldılmış iş vaxtından istifadə etməsinə çox rast gəlindiyindən bunu xüsusi hal kimi nəzərdən keçirək.

Qeyd edək ki, hamilə işçinin iş vaxtının qısaldılması yalnız gələcək ananın öz təşəbbüsü ilə mümkündür. Hamilə işçinin hamiləlikdən əvvəlki dövrdəki kimi həftədə 40 saat işləmək hüququ da var, əgər istəmirsə, işəgötürən zorla onun iş vaxtını 36 saata endirə bilməz. Eyni zamanda, hamilə əməkdaş qısaldılmış iş vaxtından istifadə etmək istəyərsə, işəgötürən iş vaxtını qısaltmağa borcludur.

Bir mühüm məsələni də qeyd edək ki, hamilə işçi qısaldılmış iş vaxtı hüququndan istifadə etmək üçün səhhətinin həftədə 40 saat işləməyə müsaid olmadığını sübut etməli deyil, o, sadəcə hamilə olduğu faktını təsdiq edən sənədi işəgötürənə verməlidir. Çünki bütün hallarda hamiləlik orqanizm üçün əlavə yükdür, buna görə də işdən ayrılmağı nəzərdə tutan istənilən istirahət forması gələcək ananın sağlamlığına müsbət təsir göstərir.

Digər bir vacib məsələ ondan ibarətdir ki, Əmək Məcəlləsinin tələbləri təşkilati və hüquqi formasından asılı olmayaraq bütün işəgötürənlərə şamil olunduğundan özəl qurumlar da dövlət təşkilatları kimi hamilə işçinin iş vaxtının qısaldılması xahişinə müsbət yanaşmalıdırlar.

Hamilə qadınlar üçün iş vaxtının qısaldılması zamanı aşağıdakı 3 variantdan biri seçilir:

- İş həftəsini olduğu kimi saxlamaqla, iş günü qısaldılır;

- İş vaxtı olduğu kimi saxlanılmaqla, iş günlərinin sayı ixtisar edilir;

- Həm iş həftəsi, həm də iş günü qısaldılır.

Qanunvericilikdə hamilə işçinin iş vaxtının qısaldılması ilə bağlı konkret mexanizm müəyyənləşdirilməyib. Bu məsələ, o cümlədən konkret iş rejimi işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən olunur. Praktikada, adətən hamilə işçilərin iş günü ya 1 saat qısaldır, ya da iş günlərindən biri əlavə istirahət günü kimi təqdim olunur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər