Nahar fasiləsinin maksimum müddəti necə müəyyən edilir?

Nahar fasiləsinin maksimum müddəti necə müəyyən edilir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsində nahar fasiləsinin müddəti ilə bağlı hər hansı tələb qoyulmayıb. Mümkündür ki, bir işəgötürən nahar fasiləsini 2 saat müəyyən etsin, digər işəgötürən iş yerinin ərazisində yeməkxana təşkil etməklə həmin müdddəti 20 dəqiqəyə endirsin.

Əmək Məcəlləsinin 103-cü maddəsinin üçüncü hissəsinə əsasən, nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmədiyi üçün işçi üçün nahar fasiləsinin qısamüddətli olması sərf edir ki, iş vaxtı tez bitsin.

Qeyd edək ki, işçilərin əmək münasibətlərini tənzimləyən heç bir beynəlxalq konvensiyada nahar fasiləsinin konkret müddəti müəyyən edilməyib. Həmçinin, əmək qanunvericiliyində nahar fasiləsinin başlanma müddəti ilə bağlı tələb yoxdur. Əvvəllər belə bir yanlış fikir var idi ki, 4 saat ardıcıl işlədikdən sonra işçiyə nahar fasiləsi verilməlidir. Ancaq mümkündür ki, işəgötürən 3 iş saatından sonra nahar fasiləsi müəyyən etsin.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər