Xəbərdarlıq müddəti ötdükdən sonra işdənçıxma müavinəti necə hesablanır?

Xəbərdarlıq müddəti ötdükdən sonra işdənçıxma müavinəti necə hesablanır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Digər maraqlı hal isə, xəbərdarlıq müddəti ötdükdən sonra işçinin işdənçıxarma müavinəti haqqında qərar verməsidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsinin sonuncu abzasına əsasən, bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

Maddənin tələblərini misalla izah edək.

Mİsal.  İşəgötürən bir ilədək iş stajı olan və orta aylıq əmək haqqı 400 manat təşkil edən işçiyə 13 dekabr 2021-ci il tarixdə xəbərdarlıq məktubu təqdim edib. İşçi xəbərdarlığı aldığı tarixdə bu hüququndan istifadə etmədiyini bildirsə də, 17 dekabr 2021-ci il tarixdə müraciət edir ki, müavinəti alaraq, 20 dekabr 2021-ci il tarixdən etibarən işləməməyə qərar verib. Bu halda işçiyə ödəniləcək müavinətin məbləğini hesablamaq üçün, ilk növbədə xəbərdarlıq müddətindən ötən günlərin sayını tapmalıyıq. 13-17 dekabr 2021-ci il tarixlərində 5 iş günü var. Beləliklə, müavinətin hesablanması belə olacaq:

Müavinət məbləği = ((Orta aylıq əmək haqqı x X misli) x (xəbərdarlıq müddətinin qalan günü) / (xəbərdarlıq müddəti günü) = ((400 manat x 0,5 misli) x (14-5 gün)/ (14 gün)= 128,57 manat.

Göründüyü kimi, işçi xəbərdarlıq müddətində işdən çıxmağa razılıq versəydi, 200 manat (400 manat x 0,5 misli) alacaqdı, 5 gündən sonra qərar  verdiyi üçün ona 128,57 manat müavinət təqdim olunur.

Əmək qanunvericiliyi ötmüş günlərə görə müavinəti ona görə azaldır ki, işçi xəbərdarlıq müddətindən sonra ötən hər gün üçün əmək haqqı alır.

Maddədə diqqət yetiriləsi digər məqam isə, Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqıdan az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsidir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər