Qisadılmış iş vaxtında işləyən işçilərə iş vaxtının cəmlənmiş uçotu necə tətbiq edilir?

Qisadılmış iş vaxtında işləyən işçilərə iş vaxtının cəmlənmiş uçotu necə tətbiq edilir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrinə uyğun olaraq, işçilərin və ya iş yerlərinin xüsusiyyətinə görə işəgötürən mütləq qısadılmış iş rejimi tətbiq etməlidir. Maraqlıdır ki, iş vaxtının cəmlənmiş uçotunda qısadılmış iş vaxtı necə nəzərə alınmalıdır.

Mİsal.  İşəgötürən iş yerində iş vaxtının cəmlənmiş uçotunu tətbiq edir. Bu iş rejimində 2-ci qrup əlil də çalışır.  Əmək Məcəlləsinin 91-ci maddəsinin ikinci hissəsinə əsasən, həmin işçilər üçün qısadılmış iş vaxtının müddəti 36 saatdan artıq olmamalıdır.

2022-ci ilin istehsalat təqvimində həftəlik iş rejimi 40 saat olduğu halda illik 1921 saat iş norması müəyyən edib. Əlil işçi üçün illik iş normasını müəyyən etmək üçün, 1921 saatı (ilik iş norması) 36 saata (qisadılmış iş vaxtının müddəti) vurub, 40 saata (həftəlik iş vaxtı norması) bölməliyik.

Beləliklə, müəyyən edəcəyik ki, 2-ci qrup əlil işçi üçün illik iş norması

1 728,90 saat ((1921 saat x 36 saat (qısadılmış iş vaxtı) / 40 saat (normal iş vaxtı)) təşkil edir. İşəgötürən 2-ci qrup əlil işçi üçün 1921 saat müəyyən edərsə, o zaman əmək qanunvericiliyinin tələblərini pozmuş olacaq. O səbəbdən də, iş vaxtının cəmlənmiş uçotunda qisadılmış iş vaxtı ilə bağlı əmək qanunvericiliyini tələblərini diqqətdə saxlamaq lazımdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər