İşdən çıxan işçinin vəzifəsi ixtisar olunarsa, onun yenidən qayıtmaq hüququ qüvvədə olur?

İşdən çıxan işçinin vəzifəsi ixtisar olunarsa, onun yenidən qayıtmaq hüququ qüvvədə olur?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, əmək müqaviləsinə xitam verilən işçinin vəzifəsinin ixtisar olmasıdır.

Mİsal.  İşçi 14 fevral 2022-ci il tarixdə ərizə yazaraq 21 fevral 2022-ci ildə işdən azad olunmasını xahiş edir. İşəgötürən işçini  həmin tarixdə işdən azad edir, amma həmin vəzifənin ixtisar olunacağını əsas tutaraq, həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə əmək müqaviləsinə xitam verilən işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmir. İşçi 1 mart 2022-ci il tarixdə işəgötürənə müraciət edir ki, ərizə tarixindən bir ay müddət keçmədiyi üçün onun vəzifəsinə qayıtmasını təmin etsin.

Ştatların ixtisarı və yenilərinin açılması işəgötürənin hüququdur, ancaq işəgötürən işçini rəsmi xəbərdar etmədiyi üçün, onu əvvəlki vəzifəsinə bərpa etməlidir və ya işçiyə yeni vəzifə təklif etməlidir.  Təcrübədə rast gəlinir ki, işəgötürən məhkəmə qərarı ilə işçini ixtisar olunan vəzifəyə bərpa edir. İşəgötürən yenə də qərarlıdır ki, həmin vəzifənin ixtisarına ehtiyac var, bu zaman Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan təminatları ödəməklə işçinin vəzifəsini ixtisar edir və əmək müqaviləsinə xitam verir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər